Vəzifə öhdəlikləri:
- Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və rəhbərinin əmrlərinə uyğun işçilərin qəbulu, köçürulməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilmək.
- Əmək kitabçalarının əmrlər əsasında doldurulmaq.
- Şəxsi heyətin uçotuna, çalışanlara cari və keçmiş əmək fəaliyətləri haqqında arayışlar vermək, əmək kitabçalarını qorumaq, kadrlar üzrə təyin olunmuş sənədləri icra etmək eləcə də işçilərin mükafatlandırılması üçün materiallar hazırlanmaq
- İşçilərin şəxsi işlərini aparmaq, formalaşdırmaq.
- Kadrlara aid olan təlabat haqqında lazımi yerlərə məlumat vermək.
- Kadr axınının səbəblərini öyrənmək, onun aradan qaldırılması üçün tədbirlər hazırlamaq və rəhbərliyə təqdim etmək. İxtisas və attestasiya komissiyalarına lazım olan materialı hazırlamaq, attestasiya komissiyasının işində bilavasitə iştirak etmək.
- Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək.
- Kadrlar üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək.
- Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsinə.
- İşçilərin maddi və intizam məsuliyyətinə cəlb olunması üçün materialların hazırlamaq.
- İşçilərin işə dəvamiyyəti tabellərinə nəzarət etmək, ayın sonunda işə dəvamiyyət tabelini hazırlayıb maliyyə şöbəsinə təqdim etmək.
- Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirilmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək.
- Əmək məhsuldarlığını artırmaq , işdə yüksək keyfiyyət göstəricilərinə nail olmaq.
- Azərbaycan Respublikasının qanunvericiliyinə ciddi riayət etmək
- Əməyin mühafizəsi üzrə işçinin vəzifə öhtəliklərinə aşağıdakı bəndlər daxildir:
- əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək;
- əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmək, şəxsi buraxılışı olmadan qurğularda, dəzgahlarda, partlayış və həyat üçün təhlükəli digər mənbələrdə iş görməmək;
- verilmiş xüsusi geyimdə və ayaqqabıda işləmək, texnoloci prosesdə, əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək;
- əməyin mühafizəsi qaydalarının bütün pozuntuları haqqında, həmçinin baş vermiş qəzalar və bədbəxt hadisələr haqqında işəgötürənin nümayəndələrinə dərhal məlumat vermək;
- müntəzəm olaraq əməyin mühafizəsi normaları və qaydaları barədə biliklərini artırmaq;
- əməyin mühafizəsi məsələləri ilə əlaqədar işəgötürənin, iş yeri üzrə rəhbərinin, mütəxəssislərin tapşırıqlarına, məsləhətlərinə, tövsiyələrinə əməl etmək.
Vəzifə üzrə tələblər:
- Ali təhsil
- MS ofis və 1 C8.3 proqramları yüksək səviyyədə
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi
- Yaş həddi 35-45
- İş qrafiki : Tam iş günü (6 gün)
- İş yeri: Bakı şəhəri. Nərimanov rayonu, Ziya Bünyadov 625
- Əmək haqqı işçinin bilikləri və təcrübəsinə əsasən təyin ediləcək.
CV-nizi elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “İR mütəxəssisi” qeyd edərək poçt ünvanlarına göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.