Bakı Dövlət Layihə İnsitutu Bakı Dövlət Layihə İnsitutu
  • 309

Bakı Dövlət Layihə İnsitutu

Təhsil

Yaradıcı memar

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Yaradıcı memar

  • Deadline 8 Noyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Namizədə tələblər:

  • Memarlıq sahəsi üzrə ali təhsil;
  • Sahə üzrə ən azı 3 il iş təcrübəsi mütləqdir;
  • Müasir tikinti norma və qaydalarını bilməlidir (AzDTN qaydaları əsasında);
  • 3DsMax, AutoCad, SketchUp, Adobe Photoshop, Lumion proqramlarında professional səviyyədə işləmə bacarığı (Revit, İnDesign,İllustrator arzu olunandır);
  • Dil bilikləri : azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət), digər dillər əlavə üstünlük hesab olunur;
  • BİM layihələrində iştirakı arzuolunandır; 
  • İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı;
  • Namizəd tərəfindən şəxsi Portfolionun göndərilməsi vacibdir;
  • Yaradıcılıq və müasir dizayn tendensiyaları üzrə biliklər, müştəri məmnuniyyətinə nail olma və təqdimat bacarığı.

Vəzifə öhdəlikləri:

  • Müvafiq proqram təminatı vasitəsilə tikiləcək obyektin vizual dizayn konsepsiyasını və təqdimat materialını hazırlayır;
  • Layihə-dizayn işlərinin seçilmiş dizayn ideyasına uyğun olaraq müəyyən edilmiş vaxtda icrasını təmin edir;
  • Müxtəlif təyinatlı obyektlərin kompleks layihələrinin memarlıq/dizayn hissəsinin (bölməsinin) işlənib hazırlanması;       
  • İnnovativ və kreativ ideyalar formalaşdırmaq bacarığı;
  • Müvafiq proqram təminatı vasitəsilə obyektin ilkin eskizinin yüksək keyfiyyətli üçölçülü (3D) təsvirlərinin hazırlanması;
  • İri miqyaslı layihələrdə işləmə bacarığı;
  • İşlərin tələb olunan müddətə keyfiyyətli hazırlanması və təhvili.

İş barədə məlumat:

  • İş qrafiki: 09:00-18:00, həftə içi 5 gün;
  • Əmək haqqı: 2000 AZN;
  • İşə qəbul əmək qanunvericiliyə uyğun olaraq həyata keçirilir.  

Namizədlərdən xahiş olunur ki, Portfoliolarını və CV-lərini uyğun ixtisas başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.

  • Daily104
  • Weekly104
  • Monthly2217