B Bakı Fond Birjası
  • 576

Aparıcı mühasib

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Aparıcı mühasib

  • Истекает 20 сентябрь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Aparıcı mühasib təşkilatın mühasibat uçotu və vergi hesabatlarına cavabdehdir. Bu vəzifəyə mühasibatlıq funksiyalarına nəzarət etmək, bütün hesabatların və uçotun yerli qaydalara, MHBS standartlarına və qanunvericiliyə uyğun olmasını təmin etmək daxildir. Həmçinin, bütün vergi hesabatlarının vaxtında və düzgün şəkildə hazırlanması və təqdim olunması da aparıcı mühasibin öhdəliyindədir.

Vəzifə Öhdəlikləri

  • Müəssisənin maliyyə fəaliyyətinin və mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə və daxili siyasətlərə uyğun təşkilini təmin etmək.
  • Gündəlik maliyyə əməliyyatlarının uçot sistemində düzgün və vaxtında əks etdirilməsinə nəzarət etmək.
  • Vergi, DSMF və digər dövlət orqanlarına təqdim olunan hesabatları hazırlamaq və təqdim etmək.
  • Aylıq, rüblük və illik maliyyə hesabatlarını hazırlamaq.
  • Elektron qaimələrin tərtibini və müvafiq sistemlərdə idarə olunmasını həyata keçirmək.
  • Əmək haqqı, məzuniyyət və kompensasiya hesablamalarını aparmaq.
  • Mühasibatlığa aid digər bütün əməliyyatları icra etmək.
  • Audit yoxlamaları üçün zəruri sənədləri və izahatları hazırlamaq.
  • Vergi planlaması və risklərin idarə olunması ilə bağlı təkliflər hazırlamaq.

  Tələblər

  • PMC (Professional Accounting Certificate) – mütləqdir.
  • Azərbaycan Respublikasının vergi və mühasibat qanunvericiliyi üzrə dərin biliklər.
  • Müvafiq mühasibat proqramlarında (1C.) işləmə bacarığı.
  • Ali təhsil (Maliyyə, İqtisadiyyat və ya Mühasibatlıq ixtisası üzrə).
  • ACCA və ya digər beynəlxalq sertifikatlara sahib olmaq üstünlükdür.

Xahiş edirik, CV-lərinizi mövzu hissəsində “Aparıcı mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz.

  • Daily25
  • Weekly606
  • Monthly1855