Bakı Metropoliteni Bakı Metropoliteni
  • 483

İşarəvermə və rabitə üzrə təcrübə proqramı

İşarəvermə və rabitə üzrə təcrübə proqramı

  • Deadline 3 Aprel 2026

Bakı Metropoliteni İşarəvermə və rabitə üzrə təcrübə proqramı elan edir. Bu fürsət sizə gələcək karyeranızı metropolitendə qurmaq imkanı yaradacaq!

Qatarların hərəkətinin fasiləsiz və təhlükəsiz şəkildə tənzimlənməsi üçün siqnal və idarəetmə sistemlərinin düzgün işinin təmin edilməsi sahəsində biliklərinizi artırmaq, həmçinin real iş şəraitində təcrübə qazanmaq istəyən bütün namizədləri təcrübə proqramımıza qoşulmağa dəvət edirik!

Proqram sizə nə qazandıracaq?

  • 3 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim
  • Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi
  • Təcrübə dövründə aylıq əməkhaqqı
  • Təcrübənin sonunda davamlı işə qəbul imkanı
  • Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı

Biz kimləri axtarırıq?

  • Cinsindən asılı olmayaraq, yaşı  22-35 arası olan gənclər
  • Təhsili avtomatlaşdırma, avtomatika və idarəetmə, elektronika, telekommunikasiya, radiotexnika, energetika və dəmiryol rabitəsi sahələri üzrə olan məzunlar.
  • Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə)

Seçim prosesi necə aparılır?

  • İxtisas üzrə test imtahanı
  • Ətraflı müsahibə
  • Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər

Metropoliten sizə nə vəd edir?

  • Metropolitendən ödənişsiz istifadə
  • Nahar (güzəştli)

Vakansiyaya müraciət etmək üçün Metropolitenin  hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə  https://hr.metro.gov.az/vacancy/5411  müraciətinizi tamamlaya bilərsiniz.

Uğurlar!

  • Daily5
  • Weekly565
  • Monthly568