Bakı Metropoliteni Bakı Metropoliteni
  • 564

Bakı Metropoliteni

Digər

Planlama üzrə aparıcı mühəndis

Planlama üzrə aparıcı mühəndis

  • Deadline 20 Fevral 2026

Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün planlama üzrə aparıcı mühəndis axtarırıq!

Namizəd qatarların, stansiyaların, tunel və infrastruktur obyektlərinin istismar, təmir, texniki xidmət və resurs fəaliyyətlərinin planlaşdırılması, icrasının plan üzrə izlənməsi və analitik təhlilinin aparılması işlərini həyata keçirəcək.

Sizi hansı öhdəliklər gözləyir?

  • Metropolitenin istismar və texniki xidmət fəaliyyətləri üzrə gündəlik, aylıq və illik əməliyyat planlarının hazırlanması;
  • Təmir, texniki baxış, profilaktik işlər və material/resurs tələbatlarının planlaşdırılması;
  • Planların “MS Project” və “Primavera P6” proqramlarında qurulması, şəbəkə qrafiklərinin hazırlanması və izlənməsi;
  • Xidmətlərdən daxil olan plan və hesabatların təhlili, plan-fakt müqayisəsinin aparılması;
  • Gecikmələrin, resurs çatışmazlıqlarının və əməliyyat uyğunsuzluqlarının analizi və səbəblərinin müəyyən edilməsi;
  • Əməliyyat göstəriciləri üzrə analitik hesabatların Power BI vasitəsilə hazırlanması;
  • Müxtəlif xidmətlər (Elektrik Təchizatı, Tunel Qurğuları, Eskalator Xidməti və s.) ilə koordinasiyalı planlama prosesinin təşkili;
  • Normativ sənədlərə və daxili prosedurlara uyğun planlama və təhlil fəaliyyətinin icrası.

Namizədlərdən tələblərimiz

  • 25–40 yaş aralığında olmalı
  • Müvafiq sahə üzrə sertifikat olmalı; (arzu olunan)
  • Planlama sahəsində minimum 2 il iş təcrübəsi (istehsalat və ya əməliyyat mühiti üstünlükdür);
  • “MS Project” və ya “Primavera P6” proqramlarında işləmək bacarığı;
  • “Power BI”, ”Excel” və s. proqramlarında analitik hesabatların hazırlanması bacarığı;
  • Planlama məntiqi, resurs bölgüsü, vaxt qrafikləri və əməliyyat ardıcıllığını qurmaq bacarığı;
  • Analitik düşüncə, səbəb–nəticə əlaqələrini görmək və fakt–plan təhlili aparmaq bacarığı;
  • Komandada işləmək, müxtəlif xidmətlərlə koordinasiya qurmaq və operativ qərar vermək bacarığı;
  • Məsuliyyətlilik, diqqətlilik və sistemli yanaşma.
  • Gərgin iş şəraitində diqqətli və məsuliyyətli işləmək, operativ qərar vermək və komandada işləmək bacarığı olmalı.

Metropoliten Sizə nə təklif edir?

  • Sabit və etibarlı iş mühiti;
  • Peşəkar komandada inkişaf və karyera imkanları;
  • Metropolitendən ödənişsiz istifadə imkanı;
  • Güzəştli nahar təminatı;
  • Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı;
  • Psixoloji dəstək xidməti.

Müraciət Üçün

Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə (https://hr.metro.gov.az/vacancy/5431) müraciətinizi tamamlaya bilərsiniz.

  • Daily7
  • Weekly679
  • Monthly686