Bakı Metropoliteni Bakı Metropoliteni

Strateji İnkişaf Departamenti – Aparıcı mütəxəssis (Dayanıqlılıq şöbəsi)

Strateji İnkişaf Departamenti – Aparıcı mütəxəssis (Dayanıqlılıq şöbəsi)

  • Deadline 26 Avqust 2026

Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün Strateji İnkişaf Departamentinin Dayanıqlılıq şöbəsinə aparıcı mütəxəssis axtarırıq!

Vəzifə funksiyası

  • Namizəd strategiyanın dayanıqlılıq hissəsinə icrasına rəhbərlik edəcək, ESG (ətraf mühit, sosial və idarəetmə) prinsiplərinin əməliyyatlara inteqrasiyasını təmin edəcək, həmçinin dayanıqlılıq təşəbbüslərinin ölçülə bilən nəticələrə çevrilməsinə cavabdeh olacaq.

Sizi hansı öhdəliklər gözləyir?

  • Qısa, orta və uzunmüddətli dayanıqlılıq yol xəritəsinin və proqramının hazırlanması;
  • Dayanıqlılıq prinsiplərinin əməliyyatlara inteqrasiyasının təmin edilməsi;
  • Enerji səmərəliliyi, dairəvi iqtisadiyyat və digər dekarbonizasiya təşəbbüslərinin müəyyənləşdirilməsi və inkişafı;
  • ESG data toplanması, sistemləşdirilməsi və əsas performans göstəricilərinin (KPI) hazırlanması və izlənməsi;
  • Dayanıqlılıq layihələri üçün business case-lərin hazırlanması;

Namizədlərdən tələblərimiz

  • Ali təhsil (dayanıqlılıq, ətraf mühit elmləri, biznesin idarə edilməsi, iqtisadiyyat, və ya əlaqəli sahələr üzrə üstünlükdür);
  • Dayanıqlılıq, ESG və ya iqlim dəyişiklikləri sahəsində təcrübə;
  • Strategiya və əməliyyat səviyyəsində iş təcrübəsi (xüsusilə infrastruktur və ya nəqliyyat sektorunda üstünlükdür);
  • Güclü analitik düşünmə və data ilə işləmə bacarığı (ESG/KPI yanaşması);

Metropoliten Sizə nə təklif edir?

  • Sabit və etibarlı iş mühiti;
  • Peşəkar komandada inkişaf və karyera imkanları;
  • Metropolitendən ödənişsiz istifadə imkanı;
  • Güzəştli nahar təminatı;
  • Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz digər sanatoriyalarda güzəştli istirahət imkanı;
  • Psixoloji dəstək xidməti.

Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə müraciətinizi tamamlaya bilərsiniz - https://hr.metro.gov.az/vacancy/5523

  • Daily0
  • Weekly368
  • Monthly966