Bakinity Distribution MMC Bakinity Distribution MMC
  • 342
Bakinity Distribution MMC

Bakinity Distribution MMC

Trading Companies & Distributors

Aparıcı mütəxəssis (tender üzrə)

  • Deadline 29 August 2025

Vəzifə öhdəlikləri:

  • Açıq dövlət və kommersiya müsabiqələrinin, tenderlərin, elektron hərracların elan edilməsi üçün ixtisaslaşmış saytların monitorinqi, tender prosesinin təşkili və dəstəklənməsi eləcə də müqavilələrin bağlanmasına nəzarətin edilməsi;
  • Dövlət və kommersiya qurumları tərəfindən elan edilən açıq tender, müsabiqə və elektron hərracların ixtisaslaşmış platformalar üzərindən gündəlik monitorinqini həyata keçirmək;
  • Tender və satınalma proseslərinin təşkili, koordinasiyası və müqavilələrin bağlanmasına dair nəzarəti təmin etmək;
  • Tender sənədlərinin tələblərini dərindən təhlil etmək və zəruri olan sənədlərin müvafiq dövlət və qeyri-dövlət qurumlarından vaxtında toplanmasını təşkil etmək;
  • Tender iştirakçılarına qoyulan ixtisas və texniki tələbləri nəzərə almaqla təqdim olunacaq sənədlərin düzgün və tam hazırlanmasını təmin etmək;
  • Tender təkliflərinin kommersiya texniki hissələrinin uyğunluğuna nəzarət etmək, dəqiqliyi və rəqabət qabiliyyətini təmin etmək;
  • Təkliflərin təqdimindən əvvəl və sonra Tender Komissiyası ilə effektiv yazışmalar aparmaq, daxil olan sorğulara vaxtında və əsaslandırılmış cavablar hazırlamaq;
  • Müqavilə şərtlərinin razılaşdırılması və bağlanması mərhələsində satış və hüquq komandaları ilə sıx əməkdaşlıq etmək;
  • Tender tələblərinin risk və imkanlar baxımından qiymətləndirilməsi, bu istiqamətdə preventiv həllər və strategiyaların işlənməsi;
  • Şöbənin təşkilati fəaliyyətlərini əlaqələndirmək, digər struktur bölmələrdən tələb olunan məlumat və sənədlərin toplanmasını təmin etmək, aşkar edilən uyğunsuzluqları rəhbərliyə məruzə etmək;
  • Mövcud tender və satınalma prosedurlarının səmərəliliyini artırmaq məqsədilə metodologiyaların və daxili proseslərin təkmilləşdirilməsində iştirak etmək;
  • Tender və satınalma fəaliyyətləri üzrə hesabatların, təqdimatların, aktların və digər rəsmi sənədlərin hazırlanmasında iştirak etmək;
  • Şirkət daxili hesabatlılıq və planlaşdırma sistemləri çərçivəsində dövri hesabatların vaxtında və düzgün təqdim olunmasını təmin etmək;
  • Rəhbərlik tərəfindən vəzifəsi üzrə verilmiş digər tapşırıqları vaxtında, məsuliyyətlə və keyfiyyətlə icra etmək.

Namizədə dair arzu olunan bilik və bacarıqlar:

  • Ali bakalavr təhsili (İqtisadiyyat, Maliyyə, Biznesin idarə olunması və oxşar sahələr);
  • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
  • etender.gov.az Vahid İnternet Portalından istifadə edə bilməli;
  • Azərbaycan Respublikasının 8 dekabr 2023-cü il tarixli 1051-VIQ nömrəli qanunu ilə təsdiq edilmiş Rəqabət Məcəlləsini bilməsi üstünlükdür;
  • Satınalma proseslərini və ümumi prinsipləri anlamaq;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməli (İşin tələblərinə uyğun səviyyədə İngilis və Rus dillərini bilməli);
  • Azərbaycan dilində sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
  • Ünsiyyətcil və danışıq qabiliyyəti yüksək olmalı;
  • MS Office (Word, Excel) yüksək səviyyədə bilmək;
  • Komanda mühitində işləmək bacarığı.

Əlavə məlumat:

  • İş vaxtı: Həftədə 5 gün 09:00-dan 18:00-dək;
  • İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
  • Vakansiya növü: Tam ştat
  • Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq

Təminatlar:

  • Push 30-dan endirim ilə yararlanmaq imkanı;
  • Paşa Həyat “Həyatın Yaşam Sığortası”na qoşulmaq imkanı;
  • İT sahəsində peşəkar inkişaf imkanı.

Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link üzərindən müraciət edə bilərlər.

  • Daily4
  • Weekly619
  • Monthly737