Bakinity Distribution MMC Bakinity Distribution MMC
  • 357
Bakinity Distribution MMC

Bakinity Distribution MMC

Ticarət şirkətləri və distribyutorlar

CRM Mütəxəssisi (Bitrix24 üzrə)

  • Deadline 17 Oktyabr 2025

Vəzifə öhdəlikləri:

  • Bitrix24 sisteminin xarici (cloud) serverdən daxili (on-premise) serverə təhlükəsiz və itkisiz köçürülməsinin həyata keçirilməsi;
  • Köçürülmə zamanı müştəri bazası, sənədlər, yazışmalar, tapşırıqlar və digər bütün vacib məlumatların tam və düzgün ötürülməsinin təmin olunması;
  • Şirkətə məxsus server infrastrukturunun Bitrix24 sisteminin tələblərinə uyğun şəkildə qurulması və optimallaşdırılması;
  • Köçürülmədən sonra sistemin texniki testlərinin aparılması, mümkün nasazlıqların aşkarlanması və aradan qaldırılması;
  • Bitrix24 sisteminin sabit işləməsinin təmin olunması üçün mütəmadi monitorinq və diaqnostika işlərinin aparılması;
  • Backup və məlumat bərpa (recovery) mexanizmlərinin qurulması, ehtiyat nüsxələrin müntəzəm alınmasının təmin edilməsi;
  • Bitrix24 sistemində yeni modulların, tətbiqlərin və inteqrasiyaların quraşdırılması və texniki sazlanması;
  • İstifadəçilərdən daxil olan texniki müraciətlərin cavablandırılması və ilkin texniki dəstəyin göstərilməsi;
  • İT təhlükəsizlik qaydalarına uyğun olaraq sistemin qorunması, giriş hüquqlarının düzgün idarə olunması və təhlükəsizlik tədbirlərinin görülməsi;
  • Sistemlə bağlı texniki sənədlərin, quraşdırma planlarının, test nəticələrinin və digər aidiyyəti sənədlərin hazırlanması və arxivləşdirilməsi;
  • Zərurət yarandıqda digər texniki komandalar ilə birgə çalışaraq problemlərin operativ həllinə dəstək göstərilməsi;
  • İstifadəçilər üçün təlimlərin təşkili, sistemin funksionallıqları ilə bağlı maarifləndirmə işlərinin aparılması;
  • Rəhbərlik tərəfindən vəzifəsi üzrə verilmiş digər tapşırıqları vaxtında, məsuliyyətlə və keyfiyyətlə icra etmək.

Namizədə dair arzu olunan bilik və bacarıqlar:

  • Ali bakalavr təhsili (İnformasiya texnologiyaları, Kompüter mühəndisliyi və oxşar sahələr);
  • Bitrix24 üzrə minimum 2-3 il iş təcrübəsi;
  • Server administrasiyası və verilənlərin miqrasiyası sahəsində praktiki bilik və bacarıqlar;
  • Linux və Windows Server mühitlərində işləmə təcrübəsi;
  • MySQL verilənlər bazası və PHP proqramlaşdırma dili üzrə biliklər;
  • İnformasiya təhlükəsizliyi prinsipləri barədə anlayış və tətbiq bacarığı;
  • PHP, JavaScript, AJAX texnologiyaları və veb-serverlərlə (Apache, Nginx və s.) işləmə bacarığı;
  • Hər iki Bitrix24 versiyasında (Cloud və On-Premise/Qutu) praktik təcrübə:
  • Bulud versiyası — idarəetmə, inkişaf, API ilə işləmə;
  • Qutu versiyası — idarəetmə, özəlləşdirmə, modul inkişafı;
  • Bitrix24 bulud → qutu versiyası miqrasiyası üzrə təcrübə (xüsusilə 2023-cü ildən sonra həyata keçirilmiş uğurlu layihələr);
  • Yüksək məsuliyyət, dəqiqlik və təyin olunmuş vaxtda tapşırıqları tamamlama bacarığı.
  • Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməli (İşin tələblərinə uyğun səviyyədə İngilis dilini bilməli);
  • Ünsiyyətcil və danışıq qabiliyyəti yüksək olmalı;
  • MS Office (Word, Excel) işləməyi bacarmalı;
  • Komanda mühitində işləmək bacarığı.
  • Daha əvvəl Bitrix24 miqrasiyası layihələrində iştirak etmiş namizədlərə üstünlük verilir;
  • Vendor sertifikatlarına malik olan və ya rəsmi Bitrix24 təlimlərində iştirak etmiş mütəxəssislərə üstünlük verilir.

Əlavə məlumat:

  • İş vaxtı: Həftədə 5 gün 09:00-dan 18:00-dək;
  • İstirahət günləri: Şənbə və bazar günləri (Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
  • Vakansiya növü : Tam ştat
  • Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq

Təminatlar:

  • Push 30-dan endirim ilə yararlanmaq imkanı;
  • Paşa Həyat “Həyatın Yaşam Sığortası”na qoşulmaq imkanı;
  • İT sahəsində peşəkar inkişaf imkanı.

Qeyd: Vakansiya qısamüddətli layihə üçün nəzərdə tutulmuşdur (2-3 ay).

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily140
  • Weekly503
  • Monthly2376