Bakinity Distribution MMC Bakinity Distribution MMC
Bakinity Distribution MMC

Bakinity Distribution MMC

Ticarət şirkətləri və distribyutorlar

İnsan resursları üzrə Baş mütəxəssis

  • Deadline 14 Dekabr 2025

Vəzifə öhdəlikləri:

  • Vakansiyaların tələblərini düzgün müəyyənləşdirmək və elanların hazırlanmasını təmin etmək.
  • Namizədlərin ilkin müsahibələrinin aparılması.
  • Müraciətlərin qiymətləndirilməsi və siyahının hazırlanması və müsahibə prosesinin təşkilinə və yekun qərarların verilməsinə dəstək.
  • Yeni işçilərin oriyentasiya proqramının təşkil edilməsi.
  • Sınaq müddətinin monitorinqi və hesabatların hazırlanması.
  • İşdəqalma (Stay) və İşdənçıxma (Exit) müsahibələri keçirilməsi və təhlili.
  • İşçi məmnuniyyəti sorğularının keçirilməsi və təhlili.
  • KPI-ların müəyyənləşdirilməsinə dəstək və performans qiymətləndirməsi prosesinin təşkili.
  • İşçi inkişaf planlarının hazırlanmasına dair müasir yanaşmalı təkliflər irəli sürmək.
  • Cəmiyyətin fəaliyyətini tənzimləyən prosedur, qayda, təlimat və standartların peşəkar şəkildə hazırlanması, sistemləşdirilməsi və sənədləşdirilməsi bacarığıdır.
  • İşçilərin təlim ehtiyaclarının müəyyənləşdirilməsi və təlim planlarının hazırlanması və icrası.
  • Əmək qanunvericiliyinin tələblərinə riayət olunmasının təmin edilməsi.
  • Aparıcı mütəxəssəsin işinə metodiki rəhbərlik etmək.

Namizədə dair arzu olunan bilik və bacarıqlar:

  • Ali təhsil.
  • İnsan resursları sahəsi üzrə beynəlxalq sertifikatlara sahib olmaq (SHRM-CP, PHRi və ya bu sahədə  beynəlxalq İR sertifikatları üstünlükdür).
  • Ümumi İnsan resursları üzrə azı 5 illik iş təcrübəsi , İT sahəsində azı 1 illik iş təcrübəsi ( arzuolunandır) .
  • Microsoft Office proqramları (Word, Excel, PowerPoint, Outlook və s.) ilə işləmə bacarığı.
  • Azərbaycan dilində sərbəst danışmaq , oxumaq və yazmaq bacarığı , rus dilində yaxşı səviyyədə  oxumaq və anlamaq bacarığı (  ingilis dili arzuolunandır).
  • 1C və CRM proqram təminatlarında işləmə bacarığı.
  • Komandada işləmək, işgüzar danışıqlar və yazışmaları aparmaq bacarığı.
  • Analitik düşüncə tərzi, yüksək ünsiyyət və təqdimat bacarığı.
  • Tech HR kompetensiyasının olması arzuolunandır.

Namizəd bilməlidir:

  • Təlim ehtiyaclarının müəyyən edilməsi prinsiplərini.
  • Təlim və inkişaf prosesinin təşkili və idarə olunmasını.
  • Vəzifə analizi (Job Analysis) metodlarını və tətbiq qaydalarını (Proqram təminatı, infrastruktur və texniki rolların strukturlaşdırılması üçün vəzifə analizi aparmaq).
  • Vəzifə təlimatlarının hazırlanması və strukturlaşdırılması qaydalarını.
  • Qayda, prosedur və siyasətlərin düzgün yazılması və formalaşdırılması prinsiplərini
  • Əmək qanunvericiliyinin əsas tələblərini.
  • Kadr idarəçiliyi üzrə sənədləşmə və İR (İnsan resursları) proseslərini .
  • İT fəaliyyət sahəli Cəmiyyətdə komanda ilə işləmə və problemlərin operativ həll edilməsi bacarığı.
  • Ünsiyyət və analitik düşünmə bacarığı.
  • Struktur bölmə rəhbərinin tapşırıqlarının və göstərişlərinin icrasına nəzarət mexanizmlərinə riayət etmək.
  • CRM və verilənlər bazaları ilə işləmə bacarığı.

Əlavə məlumat:

  • İş vaxtı: Həftədə 5 gün 09:00-dan 18:00-dək.
  • İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri)
  • Vakansiya növü: Tam ştat
  • İş yeri: “Bakinity Distribution” MMC
  • Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq

Təminatlar:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə.
  • Korporativ telefon nömrəsi və danışıq paketi
  • İşlə bağlı səfərlərdə nəqliyyat xərci qarşılanır.
  • Push 30-dan endirim ilə yararlanmaq imkanı.
  • Paşa Həyat “Həyatın Yaşam Sığortası”na qoşulmaq imkanı.
  • İT sahəsində peşəkar inkişaf imkanı.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly144
  • Monthly712