Bakinity Distribution MMC Bakinity Distribution MMC
  • 1.6K
Bakinity Distribution MMC

Bakinity Distribution MMC

Ticarət şirkətləri və distribyutorlar

Layihə koordinatoru

  • Deadline 1 İyul 2025

Vəzifə öhdəlikləri:

  • Layihə planları, qrafikləri, büdcələri və hesabatlarının hazırlanmasında iştirak etmək;
  • Layihə iştirakçıları arasında vaxtında və dəqiq məlumat mübadiləsini təmin etmək;
  • Layihənin icra vəziyyəti ilə bağlı dövri hesabatlar hazırlamaq və təqdim etmək;
  • Tapşırıqların icrasını izləmək, potensial risk və problemləri vaxtında müəyyənləşdirmək;
  • Layihə komandası və sifarişçilərlə görüşləri təşkil etmək və bu görüşlərdə fəal iştirak etmək;
  • Rəsmi yazışmaları həyata keçirmək və maraqlı tərəflərlə qərarların razılaşdırılmasını təmin etmək;
  • Layihədə baş verən dəyişiklikləri idarə etmək və bu prosesi layihə rəhbəri ilə birlikdə əlaqələndirmək;
  • Layihənin keyfiyyət standartlarına və sifarişçinin tələblərinə uyğun icrasına nəzarət etmək;
  • Layihənin müəyyən olunmuş müddət və büdcə çərçivəsində icrasını təmin etmək;
  • Podratçılar, təchizatçılar və xarici məsləhətçilərlə effektiv əməkdaşlıq qurmaq;
  • Müştəri tələblərini toplamaq və təhlil etmək;
  • Mövcud problemləri vaxtında aşkar etmək və onların effektiv həlli üzrə təkliflər irəli sürmək;
  • Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.

Namizədə dair arzu olunan bilik və bacarıqlar:

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Layihələrin idarə olunması üzrə minimum 2-3 il iş təcrübəsi;
  • Layihə idarəetmə metodologiyaları üzrə biliklər ( Agile, Scrum, Waterfall və s.)
  • Yaxşı səviyyədə təşkilatçılıq və kommunikasiya bacarıqları;
  • Analitik düşüncə və problem həll etmə qabiliyyəti;
  • Azərbaycan, rus və ingilis dillərində səlis danışıq bacarığı;
  • MS Office və MS Project proqramları ilə işləmə bacarığı;
  • Yüksək ünsiyyət və komanda mühitində işləmək bacarığı.

Əlavə məlumat:

  • İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək;
  • İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
  • Vakansiya növü : Tam ştat
  • İş yeri: “Bakinity Distribution” MMC
  • Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq

Təminatlar:

  • Push 30-dan endirim ilə yararlanmaq imkanı;
  • Paşa Həyat “Həyatın Yaşam Sığortası”na qoşulmaq imkanı;
  • İT sahəsində peşəkar inkişaf imkanı və s.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly462
  • Monthly466