Vəzifə öhdəlikləri:
- Layihə planları, qrafikləri, büdcələri və hesabatlarının hazırlanmasında iştirak etmək;
- Layihə iştirakçıları arasında vaxtında və dəqiq məlumat mübadiləsini təmin etmək;
- Layihənin icra vəziyyəti ilə bağlı dövri hesabatlar hazırlamaq və təqdim etmək;
- Tapşırıqların icrasını izləmək, potensial risk və problemləri vaxtında müəyyənləşdirmək;
- Layihə komandası və sifarişçilərlə görüşləri təşkil etmək və bu görüşlərdə fəal iştirak etmək;
- Rəsmi yazışmaları həyata keçirmək və maraqlı tərəflərlə qərarların razılaşdırılmasını təmin etmək;
- Layihədə baş verən dəyişiklikləri idarə etmək və bu prosesi layihə rəhbəri ilə birlikdə əlaqələndirmək;
- Layihənin keyfiyyət standartlarına və sifarişçinin tələblərinə uyğun icrasına nəzarət etmək;
- Layihənin müəyyən olunmuş müddət və büdcə çərçivəsində icrasını təmin etmək;
- Podratçılar, təchizatçılar və xarici məsləhətçilərlə effektiv əməkdaşlıq qurmaq;
- Müştəri tələblərini toplamaq və təhlil etmək;
- Mövcud problemləri vaxtında aşkar etmək və onların effektiv həlli üzrə təkliflər irəli sürmək;
- Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.
Namizədə dair arzu olunan bilik və bacarıqlar:
- Müvafiq sahə üzrə ali təhsil;
- Layihələrin idarə olunması üzrə və koordinator işində minimum 2-3 il iş təcrübəsi;
- Layihə idarəetmə metodologiyaları üzrə biliklər ( Agile, Scrum, Waterfall və s.)
- Yaxşı səviyyədə təşkilatçılıq və kommunikasiya bacarıqları;
- Analitik düşüncə və problem həll etmə qabiliyyəti;
- Azərbaycan və ingilis dillərində səlis danışıq bacarığı ( Rus dili biliyi üstünlükdür) ;
- MS Office və MS Project proqramları ilə işləmə bacarığı;
- Yüksək ünsiyyət və komanda mühitində işləmək bacarığı.
Əlavə məlumat:
- İş vaxtı: Həftədə 5 gün 09:00-dan 18:00-dək;
- İstirahət günləri: Şənbə və bazar günləri (Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
- Vakansiya növü: Tam ştat
- Fəaliyyət göstərdiyi yer: Layihə icra olunduğu məkan ( Bakı şəhəri)
- Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
- Layihə müddəti 24 ay ( 2 il) ( Digər layihələr olduqca əmək müqaviləsinin müddətinin davamlı olma ehtimalı var)
- Əmək müqaviləsi: Müddətli
Təminatlar:
- Push 30-dan endirim ilə yararlanmaq imkanı;
- Paşa Həyat “Həyatın Yaşam Sığortası”na qoşulmaq imkanı;
- İT sahəsində peşəkar inkişaf imkanı və s.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.