Bakinity Distribution MMC Bakinity Distribution MMC
  • 664
Bakinity Distribution MMC

Bakinity Distribution MMC

Ticarət şirkətləri və distribyutorlar

Tender üzrə aparıcı mütəxəssis/Tender sənədləşmə sektoru

Tender üzrə aparıcı mütəxəssis/Tender sənədləşmə sektoru

  • Deadline 29 Sentyabr 2025

Vəzifə öhdəlikləri:

  • Tender prosesinin təşkili, sənədlərin hazırlanması və təqdimatı;
  • Tender şərtlərinin və texniki tələblərin təhlili, uyğunluğun təmin edilməsi;
  • Müvafiq sənədlərin vaxtında və düzgün toplanmasına nəzarət;
  • Tender təkliflərinin rəqabət qabiliyyətinin təmin edilməsi və texniki hissələrin uyğunluğunun yoxlanması;
  • Tender komissiyası ilə effektiv yazışmaların aparılması və sorğuların cavablandırılması;
  • Müqavilə şərtlərinin razılaşdırılması və hüquq/satış komandaları ilə əməkdaşlıq;
  • Tenderlərlə bağlı risk və imkanların qiymətləndirilməsi, preventiv həllərin hazırlanması;
  • Daxili koordinasiya, hesabatların və təqdimatların hazırlanmasında iştirak;
  • Satınalma prosedurlarının təkmilləşdirilməsinə dəstək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.

Namizədə dair arzu olunan bilik və bacarıqlar:

  • Ali bakalavr təhsili (İqtisadiyyat, Maliyyə, Biznesin idarə olunması və oxşar sahələr);
  • Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
  • etender.gov.az Vahid İnternet Portalından istifadə edə bilməli;
  • Azərbaycan Respublikasının 8 dekabr 2023-cü il tarixli 1051-VIQ nömrəli qanunu ilə təsdiq edilmiş Rəqabət Məcəlləsini bilməsi üstünlükdür;
  • Satınalma proseslərini və ümumi prinsipləri anlamaq;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməli (İşin tələblərinə uyğun səviyyədə İngilis və Rus dillərini bilməli);
  • Azərbaycan dilində sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
  • Ünsiyyətcil və danışıq qabiliyyəti yüksək olmalı;
  • MS Office (Word, Excel) yüksək səviyyədə bilmək;
  • Komanda mühitində işləmək bacarığı.

Əlavə məlumat:

  • İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək;
  • İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
  • Vakansiya növü : Tam ştat
  • İş yeri: “Bakinity Distribution” MMC
  • Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq

Təminatlar:

  • Push 30-dan endirim ilə yararlanmaq imkanı;
  • Paşa Həyat “Həyatın Yaşam Sığortası”na qoşulmaq imkanı;
  • İT sahəsində peşəkar inkişaf imkanı.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan link üzərindən müraciət edə bilərlər.

  • Daily0
  • Weekly376
  • Monthly2254