Tələblər
- Əyləncə mərkəzi və ya xidmət sahəsində minimum 2-3 il iş təcrübəsi
- Komanda idarəetmə və liderlik bacarığı
- Müştəri məmnuniyyətini yüksək səviyyədə təmin etmək bacarığı
- Gündəlik əməliyyat proseslərini tam idarə etmək bacarığı
- Yüksək ünsiyyət və təşkilatçılıq qabiliyyəti
Əməliyyat və İdarəetmə Bacarıqları
- Əyləncə mərkəzinin bütün günlük fəaliyyətinə nəzarət etmək
- Personalın iş bölgüsünü qurmaq və iş prosesinə nəzarət etmək
- Günlük satış, gəlir və xidmət keyfiyyətini izləmək
- Müştəri axınının düzgün idarə olunmasını təmin etmək
- Problem və nasazlıqları operativ şəkildə həll etmək
Oyun Avadanlıqları və Zal Nəzarəti
- Oyun aparatlarının, bowling, VR və digər avadanlıqların işlək vəziyyətdə olmasına nəzarət
- Zal daxilində təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək
- Avadanlıqlarda yaranan nasazlıqları vaxtında yönləndirmək
- Təmizlik, nizam-intizam və ümumi görünüşə nəzarət etmək
- Müştərilərin rahat və əyləncəli vaxt keçirməsini təmin etmək
Satış və Maliyyə Nəzarəti
- Gündəlik satış hesabatlarını izləmək və analiz etmək
- Kassaların düzgün işləməsinə nəzarət etmək
- Kampaniya, endirim və tədbirlərin planlanmasına dəstək olmaq
- Gəliri artırmaq üçün yeni təkliflər vermək
Digər Tələblər
- Məsuliyyətli, enerjili və pozitiv olmaq
- Stress altında işləmə bacarığı
- Azərbaycan dilini sərbəst bilmək, rus dili üstünlükdür
- Səliqəli görünüş və təqdimat bacarığı
- Müştəri yönümlü və nəticəodaklı yanaşma
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Ünvan Yaver Əliyev 132, Bakı