Komandamıza Marketinq üzrə Koordinator axtarırıq.
Namizəd birbaşa Marketing Director ilə çalışacaq və ticarət mərkəzinin mağazaları və icarəçiləri ilə marketinq istiqamətində koordinasiya aparacaq.
Vəzifə öhdəlikləri:
- Mağazalar və icarəçilərlə gündəlik kommunikasiya
- Mağazalardan foto, video və reklam materiallarının toplanması
- Kampaniya, aksiya və tədbirlərin təşkilində iştirak
- Reklam materiallarının yerləşdirilməsinə nəzarət
- Sosial media üçün kontentlərin hazırlanmasına dəstək
- Mağazaların kampaniyalarının koordinasiyası
- Təqdimatların və marketinq materiallarının hazırlanması
- Marketinq layihələri üzrə tapşırıqların icrası və izlənilməsi
- Marketing Director-a gündəlik işlərdə dəstək
- Marketinq komandası və digər tərəfdaşlarla koordinasiya
Tələblər:
- Yaş həddi: 35 və üzəri
- Xanım namizədlərə üstünlük veriləcəkdir
- Marketinq, SMM və ya müştərilərlə iş sahəsində təcrübə arzuolunandır
- Ünsiyyət qurmaq bacarığı
- Məsuliyyətli və təşkilatçı olmaq
- Eyni zamanda bir neçə tapşırıqla işləmə bacarığı
- Instagram və sosial media platformalarını bilməsi
- Azərbaycan və rus dillərini yaxşı bilməsi
- İngilis dili arzuolunandır
- Aktiv, kreativ və təşəbbüskar olmaq
İş rejimi: 6 günlük
Əmək haqqı: müsahibə əsasında
Maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerində "Marketinq üzrə Koordinator" başlığı yazmaqla göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.