İş şəraiti
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: 6 günlük iş
Vəzifə öhdəlikləri:
- Tabeçiliyində olan təmizlik işçilərinin idarə olunması və iş bölgüsünün düzgün təşkili
- Təmizlik işlərinin vaxtında və keyfiyyətli icrasına nəzarət
- Təmizlik vasitələri və avadanlıqlarının səmərəli və qənaətli istifadəsinin təmin edilməsi
- Kimyəvi maddələrin düzgün və təhlükəsiz istifadəsinə nəzarət
- İşçilərin lazımi təmizləyici vasitələr və avadanlıqlarla vaxtında təmin olunması
- İş yükü artdığı hallarda işçilərə operativ dəstəyin göstərilməsi
- Layihə Menecerinin tapşırıqlarının vaxtında icrası
- Görülmüş işlər barədə Layihə Menecerinə gündəlik hesabatların təqdim edilməsi
Namizədə tələblər:
- Minimum 1 il müvafiq sahə üzrə iş təcrübəsi
- Təmizlik vasitələri və avadanlıqları ilə işləmək bacarığı
- Qadın nazmizədlərə üstünlük veriləcəkdir
- İdarəetmə və təşkilatçılıq bacarıqları
- Komandada işləmək bacarığı
- Vaxtın düzgün idarə olunması bacarığı
Təminatlar:
- Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
- Stabil əmək haqqı 700-750 Azn
- Karyera inkişafı imkanları
Maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerində "Təmizlik üzrə supervayzor" başlığı yazmaqla göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.