Baku Accountants Associates Baku Accountants Associates
  • 1.1K

Baku Accountants Associates

Peşəkar xidmətlər , Accounting , Audit

Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasib

  • Deadline 2 Yanvar 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Debitor və kreditorlarla hesablaşma uçotunun aparılması, debitor borcları ilə bağlı danışıqların aparılması, borclara nəzarət və təhlil
  • İnternet banking əsas əməliyyatlar (beynəlxalq köçürmələr, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, Dövlət büdcəsinə vergi və digər ödənişlərin icrası) 
  • Elektron qaimələrin yazılması və bununla əlaqədar satış sənədlərinin, Müqavilələrin, Hesab fakturaların, Qiymət razılaşma protokollarının, Təhvil-təslim aktlarının hazırlanması; 
  • Online Kargüzarlığa daxil olan sorğuların araşdırılması və qanunvericilik çərçivəsində təyin olunan müddətdə cavablandırılması.
  • Müştərilər ilə üzləşmə aktlarını / hesabatlarını hazırlamaq
  • Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq
  • Maliyyə hesabatlarının tərtib edilməsi
  • Vergi,  hesabatllarının (ƏDV, ÖMV, SV, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi
  • Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş qrafiki: Bazar ertəsi – Cümə - 09:00-dan 18:00-dək; 
  • Şənbə - qısa iş günü 
  • İstirahət: Bazar günləri;
  • Əmək haqqı : Razılaşma yolu ilə
  • Ünvan: Heydər Əliyev prospekti 115 Sport plaza

Tələblər:

  • Təhsil : Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
  • İş təcrübəsi : Müvafiq sahədə minimum 2 (iki) il 
  • Dil biliyi: Rus dili  İngilis dili arzuolunandır.
  • Office proqramlarında, əsasən EXCEL-də yaxşı səviyyədə işləmə bacarığı olmalıdır;
  • 1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı zəruridir;
  • Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
  • Müştərilər ilə peşəkar kommunikasiya bacarıqları;

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərinizi qeyd edilmiş elektron poçt ünvanına Subject/Mövzu hissəsində “Mühasib” qeyd etməklə göndərmələri xahiş olunur.

Namizədlərdən xahiş olunur,tələblərə diqqətlə nəzər yetirib,daha sonra CV-lərinizi qeyd olunan ünvana göndərəsiniz.

  • Daily74
  • Weekly315
  • Monthly320