Baku Accountants Associates Baku Accountants Associates

Mühasibatlıq üzrə Təcrübə proqramı

Mühasibatlıq üzrə Təcrübə proqramı

  • Deadline 25 May 2024

Biz sizə işimizi öyrədirik!!!

“BAKU ACCOUNTANTS ASSOCİATES“  MMC -nin Mühasib vəzifəsi üzrə sıfırdan  praktiki şəkildə  təşkil etdiyi təcrübə proqramına  səndə qoşula bilərsən. Günümüzdə bir mühasib cari iş prosesində  nələri bilməlidirsə, buna əsasən  proqram təşkil olunmuşdur.Bu proqramda təkcə görülən işlər yox, bu zaman yaranan risklər və cərimələr barədə sizə detallı məlumat verilir Bizim tərtib etdiymiz təcrübə proqramına əsasən istənilən yerdə Mühasib vəzifəsi üzrə çalışa biləcəksiniz.

Real iş mühitində keçirilən bu proqram mühasibat uçotu sahəsində parlaq karyera hədəfləyən gənclər, hazırki peşəsini dəyişmək və rəqabətli əmək bazarında mövqeyini möhkəmləndirmək istəyən şəxslər məhz sizin üçündür. 

Proqramda maliyyə və mühasibatlıq sahəsini praktiki şəkildə öyrənmək istəyən hər kəs iştirak edə bilər.

Nələri öyrənəcəksiniz:

Ümumi işlər:

  • Yenilənmiş New.e-taxes.gov.az işləmək
  • www.e-taxes.gov.az-portalı ilə tanışlıq;
  • E-qaimə sistemində işləmək;
  • Müqavilələrin, Hesab fakturaların, Qiymət razılaşma protokollarının, Təhvil-təslim aktlarının hazırlanması; 
  • Fəaliyyət kodların əldə olunması.
  • Mal və xidmət kodlarının əldə olunması.
  • Vergi sisteminə daxil olan məktubların oxunub analiz olunması və cavablandırılması.
  • Bütün növ qaimə formalarının (təqdim etmə qaimələri, dəqiqləşdirilmiş (qiymət artımı və azalması qaimələri) qaimələr, geri qaytarma qaimələri və s.) hazırlanıb göndərilməsi.
  • EFP proqramı vasitəsi ilə elektron qaimə tərtibatı.
  • Dövlət və özəl sektorlar üzrə əmək haqqlarının hesablanması, əmək haqqlarından hansı növ  tutulmaların olmasının müəyyənləşdirilməsi;
  • E-Bəyannamə sisteminin bütün bölmələri haqqında ümümi məlumat.
  • Şəxsi Hesab Vərəqəsindəki məlumatların düzgün formada analiz edilməsi.
  • Mallar və xidmətlər təhvil verildikdən sonra elektron qaimə sisteminə işlənməsi;
  • Bank sistemi ilə tanışlıq; 
  • İnternet banking üzrə əməliyyatlar(bank daxili, ölkədaxili, ölkə xarici, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, Dövlət büdcəsinə ödəniş və ödənişlərin kütləvi yığılması);
  • E Custom gov.az vergi sistemində gömrük kodunun alınması.
  • Biznes kartların sifarişi;
  • Əmək haqqı kartlarının sifarişi;
  • E-bəyamnamə portalında işlərin görülməsi, Şəxsi hesab vərəqəsinin oxunması;
  • Mövcud ərizə formaları haqqında ətraflı məlumat.
  • Fiziki və Hüquqi şəxslərin dövlət qeydiyyatına alınması;
  • Təsərrüfat obyektinin (subyektinin) qeydiyyata alınması; ( Təsərrüfat obyektinin qeydiyyatdan çıxarılması, dayandarılması və s ərizə formaların hazırlanıb göndərilməsi )
  • Asan imza sertifikatlarının əldə edilməsi üzrə müraciətlər;
  • Debitor/Kreditor excel cədvəllərin hazırlanması və əməliyyatlar aparılması;
  • İkiqat vergitutmanın aradan qaldırılması üçün DTA ərizə formaların hazırlanması.

Hesabatlar:

  • Bəyannamə Tərtibatı Proqramı (BTP)-nın kompüterlərinizə yazılması;
  • Cari vergi ödəmələrinin hesablanması haqqında Arayışların təqdim olunması;
  • DSMF hesabatlarının hazırlanması;
  • Statistika hesabatlarının (aylıq, rüblük, illik) hazırlanması;
  • Sadələşdirilmiş bəyannamənin hazırlanması;
  • ÖMV bəyannaməsinin hazırlanması; (icarə, dividend,xaricə ödənişlər və s )
  • ƏDV bəyannaməsinin hazırlanması (müvafiq müxabirləşmələr ilə ƏDV mövzusunun izahı və real şirkətlərin məlumatlarına əsasən ƏDV bəyannaməsinin tərtibi);
  • Əlavə olaraq kadr uçotu da öyrədilir.

Kadr uçotu:

  • Müəssisənin kadr uçotunun qurulması və aparılması;
  • Əmək haqqı və tabel cədvəllərinin hazırlanması;
  • Əmək və Məşğulluq Altsistemində (ƏMAS) görülən əməliyyatlar:
  • İşəgötürən qismində səlahiyyətli şəxsin qeydiyyatı;
  • Bank hesabının əlavə edilməsi;
  • Müəssisənin strukturunun yaradılması;
  • Ştatların yaradılması;
  • Ştatın vakansiya bankına göndərilməsi;
  • İşçinin işə götürülməsi;
  • İşçinin əmək müqaviləsinin bildirişinin yaradılması
  • Əmək müqavilələrinə dəyişikliklərin edilməsi;
  • İşçinin əmək müqaviləsinə xitam verilməsi.
  • Əmək kitabçalarının açılması və qeydiyyatının aparılması;
  • Əmək müqavilələrinin hazırlanması;
  • İşə qəbul əmr və ərizələrinin hazırlanması;
  • Tam maddi məsuliyyət, konfidensiallıq və iltizam sənədlərinin hazırlanması;
  • Əmək müqavilələrinə dəyişiklik əmr və əlavələrinin hazırlanması;
  • Məzuniyyət hüququnun həyata keçirilməsinin tənzimlənməsi;
  • Müəssisə üçün əmrlərin reyestr məlumatlarının qurulması;
  • Ezamiyyə sənədinin hazırlanması
  • Xəstəlik vərəqələrinin yazılması və ona uyğun hesabatların aparılması;
  • Xitam əmr və ərizələrinin hazırlanması;
  • Son haqq hesabların hesablanması;
  • Müəssisənin və işçilərin İcbari Sığorta Bürosunda (İSB) qeydiyyatdan keçirilməsi.

Proqramda iştirak etmək ödənişlidir (iştirakçı tərəfindən ödənilir)

Təcrübə Proqramının müddəti:

Proqram həftədə 2 dəfə 2 saat olmaqla 3 ay tədris olunacaq;

Qrup 1 (axşam) - 2 və 6 gün saat 19:00 

Qrup 2 (səhər) - 2 və 6 gün saat 10:00

Qrup 3 (axşam) - 1 və 4 gün saat 19:00 

Qrup 3 (səhər) - 1 və 4 gün saat 10:00

Təcrübə proqramını tamamlayan iştirakçılara şirkətimiz tərəfindən sertifikat təqdim olunacaq.

Əlaqə nömrəsi: +994 50 675 00 66 (Whatsapp aktivdir).

  • Günlük0
  • Həftəlik622
  • Aylıq363