B BAKU AGROPARK MMC
  • 173

BAKU AGROPARK MMC

Digər

Aqronom

  • Deadline 4 Avqust 2025

Vəzifə öhdəlikləri:

  • Bitkilərin əkilməsi, budanması, ipə dolanması, klipslərin asılması, yetişmiş tərəvəzlərin dərilməsi və istifadəsi bitmiş bitki kollarının istixanadan təmizlənib çıxarılmasına nəzarət etmək;
  • Sahədə müşahidə edilən zərərvericilər barədə Böyük aqronoma məlumat vermək;
  • Sahədə müşahidə edilən xəstəliklər barədə Böyük aqronoma məlumat vermək;
  • Sahənin təmizliyinə nəzarət etmək;
  • Yeni işə qəbul edilmiş işçilərə, onların təcrübəsindən asılı olmayaraq, görüləcək işlə bağlı təlimat və məlumat vermək;
  • İşçilər arasında iş bölgüsünü aparmaq və vəzifə öhdəliklərinin yerinə yetirilməsinə nəzarət etmək;
  • Rəhbərlik etdiyi texniki işçilərin daxili davranış qaydalarına riayət etməsini təmin etmək;
  • Texniki işçilərin fərdi mühafizə vasitələrindən düzgün və mütəmadi istifadəsinə nəzarət etmək;
  • Sahədə baş verən texniki problemləri texniki şöbəyə bildirmək;
  • Texniki işçilərin davamiyyətinə nəzarət etmək və pozuntular barədə Böyük aqronoma məlumat vermək;
  • Birbaşa rəhbəri tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Tələblər:

  • Aqronom sahəsində minimum 3 il iş təcrübəsi;
  • Kənd təsərrüfatı üzrə ali təhsil (əsasən Gəncə Dövlət Universiteti məzunlarına üstünlük verilir);
  • MS Office və Outlook proqramlarında işləmək bacarığı;
  • Müvafiq sahə üzrə sertifikatların olması üstünlükdür;
  • Diqqətli və məsuliyyətli olmaq;
  • Azərbaycan dili biliyi mütləqdir, Rus və İngilis dili bilikləri arzuolunandır.

Əlavə məlumat:

  • İş qrafiki: 6 günlük (həftə içi 5 gün – saat 08:00-dan 16:00-a qədər, şənbə günü – saat 08:00-dan 13:00-a qədər);
  • İş yeri: Bakı şəhəri, Zirə qəsəbəsi;
  • İş yerinə gediş-gəliş şirkət tərəfindən servis nəqliyyatı ilə təmin olunur;
  • Nahar şirkət tərəfindən verilir.

Maraqlanan namizədlər Müraciət Et düyməsində daxil olaraq müraciət edə bilərlər.

  • Daily12
  • Weekly675
  • Monthly555