Vəzifə öhdəlikləri:
- Bitkilərin əkilməsi, budanması, ipə dolanması, klipslərin asılması, yetişmiş tərəvəzlərin dərilməsi və istifadəsi bitmiş bitki kollarının istixanadan təmizlənib çıxarılmasına nəzarət etmək;
- Sahədə müşahidə edilən zərərvericilər barədə Böyük aqronoma məlumat vermək;
- Sahədə müşahidə edilən xəstəliklər barədə Böyük aqronoma məlumat vermək;
- Sahənin təmizliyinə nəzarət etmək;
- Yeni işə qəbul edilmiş işçilərə, onların təcrübəsindən asılı olmayaraq, görüləcək işlə bağlı təlimat və məlumat vermək;
- İşçilər arasında iş bölgüsünü aparmaq və vəzifə öhdəliklərinin yerinə yetirilməsinə nəzarət etmək;
- Rəhbərlik etdiyi texniki işçilərin daxili davranış qaydalarına riayət etməsini təmin etmək;
- Texniki işçilərin fərdi mühafizə vasitələrindən düzgün və mütəmadi istifadəsinə nəzarət etmək;
- Sahədə baş verən texniki problemləri texniki şöbəyə bildirmək;
- Texniki işçilərin davamiyyətinə nəzarət etmək və pozuntular barədə Böyük aqronoma məlumat vermək;
- Birbaşa rəhbəri tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Aqronom sahəsində minimum 3 il iş təcrübəsi;
- Kənd təsərrüfatı üzrə ali təhsil (əsasən Gəncə Dövlət Universiteti məzunlarına üstünlük verilir);
- MS Office və Outlook proqramlarında işləmək bacarığı;
- Müvafiq sahə üzrə sertifikatların olması üstünlükdür;
- Diqqətli və məsuliyyətli olmaq;
- Azərbaycan dili biliyi mütləqdir, Rus və İngilis dili bilikləri arzuolunandır.
Əlavə məlumat:
- İş qrafiki: 6 günlük (həftə içi 5 gün – saat 08:00-dan 16:00-a qədər, şənbə günü – saat 08:00-dan 13:00-a qədər);
- İş yeri: Bakı şəhəri, Zirə qəsəbəsi;
- İş yerinə gediş-gəliş şirkət tərəfindən servis nəqliyyatı ilə təmin olunur;
- Nahar şirkət tərəfindən verilir.
Maraqlanan namizədlər Müraciət Et düyməsində daxil olaraq müraciət edə bilərlər.