B Baku Agro Park
  • 1.1K

Baku Agro Park

Other

Böyük Anbardar

  • Deadline 6 September 2025

İş şəraiti

  • İş yeri: Bakı şəhəri, Zirə qəsəbəsi
  • Əmək haqqı: 1350 AZN (net)

Vəzifə öhdəlikləri:

  • Anbarların təmiz, səliqəli və nizamlı saxlanılmasına nəzarət etmək;
  • Yanacaq, xammal, tikinti materialları, hazır məhsul, alətlər və s. materialların anbara qəbulu, saxlanması və buraxılmasını təmin etmək;
  • Materialların sənədlərlə uyğunluğunu yoxlamaq;
  • Materialları növünə, keyfiyyətinə və təyinatına görə düzgün yerləşdirmək;
  • Korlanmanın və itkilərin qarşısını almaq;
  • Anbar daxilində yükləmə-boşaltma işlərinə rəhbərlik etmək;
  • Sifarişlərə uyğun komplektləşdirməni aparmaq;
  • Materialların hərəkəti üzrə uçot və hesabat sənədlərini hazırlamaq;
  • Nasaz alətlər, cihazlar üzrə qüsur aktlarını, təmir və silinmə sənədlərini tərtib etmək;
  • Anbar mal-məzmununun təhlükəsizlik və bütövlüyünə nəzarət etmək;
  • Mədaxil və məxaric sənədlərinin dövriyyəsini və düzgünlüyünü təmin etmək;
  • Anbar sahələrindən səmərəli istifadəni və malların yerləşdirilməsini optimallaşdırmaq;
  • Mal-materialların inventarizasiyasını təşkil etmək və iştirak etmək;
  • Köhnəlmiş, zərər görmüş, xarab olmuş mal - materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
  • Anbar əməliyyatlarının uçot və hesabatını aparmaq və nəzarət etmək;
  • Rəhbərlik tərəfindən verilən digər vəzifələri icra etmək.

Tələblər:

  • Ali təhsil;
  • Minimum 3 il müvafiq sahədə iş təcrübəsi;
  • Microsoft Office proqramlarında (xüsusilə Word, Excel, Outlook) işləmək bacarığı;
  • 1C proqramında (anbar modulu) işləmək təcrübəsi;
  • Diqqətli və məsuliyyətli olmaq;
  • Komanda ilə işləmə bacarığı;
  • Azərbaycan dili biliyi mütləqdir, Rus və İngilis dili biliyi arzuolunandır.

Əlavə məlumat:

  • İş qrafiki: Həftəiçi 5 gün (08:00 – 17:00), nahar fasiləsi: 12:00 – 13:00
  • Servis xidməti: İş yerinə gediş-gəliş üçün nəqliyyat təmin olunur
  • Sığorta: Paşa Həyat Sığortası
  • Nahar: Şirkət tərəfindən qarşılanır

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily14
  • Weekly605
  • Monthly723