B BAKU AGROPARK MMC
  • 1.1K

BAKU AGROPARK MMC

Digər

Əsas vəsaitlər üzrə mühasib / Xəzinədar

Əsas vəsaitlər üzrə mühasib / Xəzinədar

  • Deadline 11 Sentyabr 2025

İş şəraiti

  • İş yeri: Bakı şəhəri, Zirə qəsəbəsi
  • Əmək haqqı: 1500 AZN (net)

Vəzifə öhdəlikləri:

  • Əsas vəsaitlərin yerdəyişməsi, təhvil verilməsi və alınması, silinməsi və digər əlaqədar əməliyyatları uçota almaq və sənədləşdirmək
  • Əsas vəsaitlərin növbəli və növbədən kənar inventarizasiyalarında iştirak
  • İstifadəsiz qalmış əsas vəsaitlərin müəyyənləşdirilməsi və müvafiq struktur bölmələrə məlumatın verilməsi
  • Əsas vəsaitlərin üzərinə barkodların(eyniləşdirmə nömrələrinin) vurulması və ya yenilənməsi
  • Mal-material və əsas vəsait üzrə tələblərə nəzarət və yanlış qeydə alınmış tələblərin düzəldilməsi
  • Əsas vəsaitlərin uçotunun aparılması və sistemə daxil edilməsi
  • Əsas vəsaitlərin yerdəyişməsi prosedurlarının əməl olunmasına nəzarət edilməsi
  • Əsas vəsaitlərin sənədləşdirilməsi üzrə vaxtaşırı təftişin icra edilməsi
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək
  • İnventarların uçotu və amortizasiyasının təqibi
  • İnventarların yerdəyişməsi prosesinin təşkili
  • İstifadə müddətini başa vurmuş inventarların adidiyyatı üzrə təhvil verilməsi
  • Edilən işlərlə bağlı hesabatların verilməsi
  • Mütəmadi surətdə uzunmüddətli aktivlərin sayımı
  • Uzunmüddətli aktivlərin təhkim olunma işinin təşkili
  • Dövri olaraq dövriyyə aktivlərinin sayımı
  • Barkodlaşma işinin təşkili və mütəmadi yoxlama
  • Dövriyyə aktivləri üzrə tez xarab olma meyarlarına nəzarət (SİT)
  • Ümumilikdə utilizasiya məsələlərində iştirak

Tələblər

  • Ali təhsil (mühasibatlıq, maliyyə, iqtisadiyyat ixtisasları üzrə)
  • Mühasibatlıq sahəsində 3–5 il iş təcrübəsi
  • 1C proqramında işləmə bacarığı
  • Microsoft Office (xüsusilə Word, Excel, Outlook) üzrə yüksək bilik
  • Azərbaycan dili biliyi, rus və ingilis dilləri arzuolunandır
  • Diqqətlilik, məsuliyyətlilik və komanda ilə işləmə bacarığı

Şərtlər

  • İş qrafiki: Həftəiçi 5 gün (08:00–17:00), nahar fasiləsi – 12:00–13:00
  • Servis xidməti: İş yerinə gediş-gəliş üçün nəqliyyat təmin olunur
  • Sığorta: Paşa Həyat Sığortası
  • Nahar şirkət tərəfindən qarşılanır

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily101
  • Weekly281
  • Monthly1006