B Baku Agro Park
  • 886

SƏTƏM mühəndisi

Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

SƏTƏM mühəndisi

  • Deadline 25 May 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti: 

  • 5 günlük iş qrafiki (08:00 – 17:00 aralığı);
  • İş yeri: Bakı şəhəri, Zirə qəsəbəsi.
  • İş yerinə gediş-gəliş servislə təmin olunur;
  • Nahar şirkət tərəfindən təmi olunur;
  • Əmək haqqı: 1600 azn

Tələblər:

  • Ali Texniki təhsil (mühəndislik üzrə);
  • SƏTƏM üzrə sertifikatların olması;
  • Minimum 3 illik iş təcrübəsi (kənd təsərrüfatı və ya istehsalat təcrübəsi olan namizədlərə üstünlük veriləcək);
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Təlim keçmək və təlim materialını hazırlamaq bacarığı;
  • Təhlil etmə, hesabat vermə, məlumat toplama və problemləri müstəqil həll etmək bacarığı;
  • Əməyin mühafizəsi normaları və qaydaları, eləcədə AR “Texniki təhlükəsizlik haqqında Qanunu” üzrə biliklərin olması.

 Vəzifə öhdəlikləri: 

  • İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etmək;
  • İş yerlərində zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamaq və onların həyata keçirilməsində iştirak etmək;
  • Xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə və onlardan düzgün istifadə olunmasına nəzarət etmək;
  • Yanğın təhlükəsizliyi tədbirlərinin görülməsini təşkil etmək;
  • Yanğın təhlükəsizliyi qaydalarına dair təlimlər keçmək, mövcud yanğınsöndürmə vasitələri ilə tanış etmək;
  • İş yerlərinin sanitariyasına nəzarət və binanın, qurğuların, avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etmək;
  • İşə götürülənlərlə giriş təlimatı aparmaq və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına, xidməti təlimatların işlənib hazırlanmasında iştirak etmək;
  • İşçilərə Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) qaydaları haqqında mütəmadi olaraq təlimatlar vermək və bu sahədə biliklərini yoxlamaq;
  • İş yerlərində bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək;
  • Əməyin mühafizəsi üzrə müşahidələri apararaq gündəlik, həftəlik və aylıq hesabatlar hazırlayaraq rəhbərliyə təqdim etmək;
  • Ezamiyyətə gələn əməkdaşlara əməyin mühafizəsinə dair təlimlər keçmək;
  • Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını təşkil etmək;
  • Rəhbərliyin verdiyi digər əlaqədar tapşırıqları yerinə yetirmək.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində SƏTƏM mühəndisi qeyd edərək CV-nizi elektron ünvanına göndərməyiniz xahiş olunur.

  • Günlük0
  • Həftəlik622
  • Aylıq363