B BAKU AGROPARK MMC
  • 926

BAKU AGROPARK MMC

Digər

Təhlükəsizlik Əməkdaşı

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Təhlükəsizlik Əməkdaşı

  • Deadline 17 Yanvar 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

   İş şəraiti: 

  • Növbəli qrafik;
  • İş yeri: Bakı şəhəri, Zirə qəsəbəsi;
  • İş yerinə gediş-gəliş servislə təmin olunur;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı: 550 AZN (NET).

Tələblər:

  • Ali təhsil (arzuolunandır);
  • Minimum 1 illik iş təcrübəsi;
  • MS Office proqramlarında işləmək bacarığı (arzuolunandır);
  • Yaş həddi:  20-30yaş;
  • Boy göstəriciləri : 170sm və yuxarı;
  • Kişi əməkdaşlar hərbi mükəlləfiyyətli.

Vəzifə öhdəlikləri:

  • Təlimata əsasən tapşırılan obyektin müəyyən olunmuş vaxt çərçivəsində mühafizəsinin təşkili;
  • Jurnalda qeydlər aparmaqla qonaqların qəbul edilməsi və yola salınması;
  • Giriş qapısını və digər tapşırılan obyektləri daimi olaraq nəzarətdə saxlanılması;
  • Xidmət göstərdiyi obyekt və postun iş fəaliyyətinə görə və yaranmış neqativ hallar üzrə təhlükəsizlik işlərini həyata keçirmək;
  • Növbəni təhvil verərkən xidmətdə olduğu müddətdə baş vermiş neqativ hallarla bağlı xidməti təhvil alan əməkdaşa (qeydiyyat kitabında) yazılı şəkildə və növbə sonunda isə birbaşa rəhbərinə məlumat vermək;
  • İş fəaliyyətini nəzarət buraxılış məntəqələrində (Giriş-çıxış postlarında) icra etdiyi təqdirdə yoxlanışdan keçən insan və nəqliyyat vasitələrinin şirkət tərəfindən təyin edilmiş qaydalarda keçidini və qeydiyyatının aparılması proseslərini həyata keçirmək;
  • Şirkətə daxil olan digər əməkdaşların yoxlamadan keçirilməsi, qeydiyyatının aparılması və ehtiyac olduqda qonaq kartı ilə təmin edilməsi proseslərini icra etmək;
  • Müəssisədə təhlükəsizlik standartlarına və protokollərinə əsaslanan tədbirlərin hazırlanması və təmin edilməsi;
  • Daxili və xarici təhlükə faktorlarının qiymətləndirilməsi və azaldılması üçün tədbirlərin təşkil olunması;
  • Təhlükəsizlik kameraları və sensor sistemləri ilə Müəssisənin müşahidəsi;
  • Şübhəli fəaliyyət göstərən şəxslərlə əlaqə qurmaq və lazımi tədbirləri götürmək;
  • Cəmiyyət tərəfindən qəbul olunmuş daxili əmək intizamı qaydalarını yerinə yetirmək.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Təhlükəsizlik Əməkdaşı” qeyd edərək CV-nizi elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily1
  • Weekly14
  • Monthly2