İş yeri: Bakı şəhəri, Zirə qəsəbəsi
Vəzifə öhdəlikləri:
- Müxtəlif tipli və konstruksiyalı tərəzilərdə yüklərin çəkilməsi.
- Yüklərin xarici görünüşünə baxış keçirilməsi və qablaşdırılmasının düzgünlüyünə nəzarət edilməsi.
- Yükün çəkisinin, adının və başqa xüsusiyyətlərinin müşayiətedici sənədlərə uyğunluğunun yoxlanılması.
- Yükün çatışmazlığına və xarab olmasına görə aktların tərtibi və müşayiətedici sənədlərin rəsmiləşdirilməsi.
- Çəkilmiş yüklərin uçotunun aparılması.
- Tərəzilərin çəkini düzgün göstərməsinin yoxlanılması və onlara qulluq, çəkiləcək yüklərin tərəziyə qoyulmasında bilavasitə iştirak və rəhbərlik, nəqliyyat tutumlarının tam yüklənməsinə nəzarət.
- Çəkilən yüklərin nomenklaturasını, çeşidlərini və növləşdirilməsini, xidmət etdiyi tərəzilərin quruluşunu və onlarda çəkilə bilən yükün həddini, tərəzilərin düzgün işlənilməsinin tənzimlənməsi və onların yoxlanılma üsullarını bilməlidir.
- Çəki ölçüsünü, çəkilmənin, yerləşdirilmənin, yığılmanın və yükün mühafizəsi qaydalarını, nəqliyyat tutumlarının növləri və onların yük qaldırma qabiliyyətini, çəkilmiş yüklərin hesablanma və müşayiətedici sənədlərin rəsmiləşdirilmə qaydalarını bilməlidir.
- Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.
Tələblər:
- Ali təhsil
- Minimum 1 il iş təcrübəsi
- 1C proqramında işləmə bacarığı
- Microsoft Office (xüsusilə Word, Excel, Outlook) üzrə bilik
- Azərbaycan dili biliyi, rus və ingilis dilləri arzuolunandır
- Diqqətlilik, məsuliyyətlilik və komanda ilə işləmə bacarığı
- Yüksək səviyyədə şifahi, yazılı ünsiyyət bacarıqları
Şərtlər:
- İş qrafiki: 6 günlük iş qrafiki. İş vaxtı: 5 gün 08:00-16:00, şənbə günü 08:00-14:00 saatlarında
- Servis xidməti: İş yerinə gediş-gəliş üçün nəqliyyat təmin olunur
- Nahar şirkət tərəfindən qarşılanır
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq müraciətlərinizi göndərə bilərsiniz.