Vəzifə öhdəlikləri:
- Avtobusların planlaşdırılmış qrafikə uyğun olaraq xəttə çıxışına cavabdeh olmaq.
- Sürücülərin iş qrafiklərini tənzimləmək və zərurət yarandığı təqdirdə dəyişikliklər etmək;
- Gündəlik xəttə çıxacaq sürücülərin sürücülük vəsiqələrinin yoxlanılması;
- Sürücülərin iş saatını müvafiq qanunvericilik çərçivəsinə uyğun tənzimləmək;
- Gündəlik gördüyü işlərin hesabatını hazırlayaraq rəhbərliyə təqdim etmək;
- Tabe olduğu rəhbər şəxslər tərəfindən verilən tapşırıqları vaxtında icra etmək;
Namizədə tələblər:
- Ali təhsil (Nəqliyyatda sərnişin daşıma və s.) ;
- Müvafiq sahə üzrə 3 il staj;
- MS Office proqramları ilə sərbəst işləmək bacarığı;
- Azərbaycan dilini sərbəst (ingilis və rus dilini biliyi arzuolunandır) ;
- Stressə davamlı, gərgin iş rejimində işləməyi bacarmalı;
- Dəqiqlik ,dürüstlük və məxfiliyə riayət etmək;
- İşçilərlə nəzakətli ünsiyyət ;
- İş rejiminə və prosedurlarına riayət;
- Təşəbbüskarlıq və komandada işləmə bacarığı;
İş şəraiti:
- İs yeri: Gəncə şəhəri;
- İş rejimi Növbəli;
- Peşəkar,mehriban komandada iş;
- Karyera yüksəlişi üçün perspektiv;
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə;
- Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək;
Göstərilən tələblərə uyğun namizədlər öz CV və digər PDF sənədləri “[email protected]” elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.