Fəhlə vəzifəsinə işçi tələb olunur (Gəncə şəhəri)
Vəzifə öhdəlikləri:
- Ərazidə və ofisdə daşınması tələb olunan material və avadanlıqları təhlükəsiz şəkildə daşımaq və yerləşdirmək;
- Ərazidə müxtəlif fiziki işlərin (torpaq, yükdaşıma, təmirə yardım və s.) yerinə yetirilməsində iştirak etmək;
- Anbarlarda avadanlıqların daşınmasına yardım etmək;
- Tullantıların təmizlənməsi, daşınması və zərərsizləşdirilməsinə kömək etmək;
- Əl alətləri ilə (bel, çəkic, mişar və s.) işləmək bacarığına malik olmaq;
- Sanitar-gigiyenik norma və qaydalara əməl etmək.
- Əmək və icra intizamına riayət etmək;
- İş prosesində fərdi mühafizə vasitələrindən düzgün istifadə etmək;
- Əməyin təhlükəsizliyi və texniki təhlükəsizlik qaydalarına riayət etmək;
- Öhdəliyində olan digər işlərin icrasını təmin etmək;
.Vəzifə tələbləri:
- Fiziki baxımdan sağlam və dözümlü olmaq;
- Tapşırıqları məsuliyyətlə və dəqiqliklə yerinə yetirmək;
- Komandada işləmək bacarığı;
- Məsuliyyətli və nizam-intizamlı olmaq;
- Çevik və işgüzar yanaşmaya malik olmaq.
- Verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək;
İş şəraiti:
- İs yeri: Gəncə şəhəri;
- İş vaxtı: növbəli iş qrafikinə uyğun;
- Peşəkar,mehriban komandada iş;
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə;
- Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək;
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini “[email protected]” elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.