IT Bölmə rəhbəri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

IT Bölmə rəhbəri

  • Deadline 25 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • İnformasiya texnologiyaları üzrə strategiyanın hazırlanması və icrasının təmin edilməsi
  • Depolar üzrə İT əməliyyatlarının, infrastrukturun və texnoloji xidmətlərin vahid idarə olunmasını təmin etmək
  • Rəqəmsallaşma və avtomatlaşdırma layihələrini idarə etmək, innovativ texnologiyaların tətbiqini təşviq etmək
  • Təşkilatın korporativ şəbəkə infrastrukturunun (LAN/WAN, Data Mərkəzi, VPN və s.) idarə olunması və inkişaf etdirilməsi
  • İT siyasətləri, standartlar və idarəetmə çərçivəsini formalaşdırmaq (IT Governance)
  • İnformasiya təhlükəsizliyi siyasətlərinin, standartlarının və prosedurlarının hazırlanması və tətbiqi
  • Firewall, IDS/IPS, SIEM, EDR və digər təhlükəsizlik sistemlərinin idarə olunması və təkmilləşdirilməsi
  • Kiber risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və azaldılması üzrə tədbirlərin həyata keçirilməsi
  • İnformasiya sistemlərinin monitorinqi, ehtiyat nüsxələmə və bərpa proseslərinin idarə olunması
  • Şəbəkə və sistemlərin fasiləsizliyinin təmin edilməsi, fövqəladə hallara hazırlıq (BCP/DR) mexanizmlərinin tətbiqi
  • Bölmə əməkdaşlarının fəaliyyətinin təşkili, idarə olunması və peşəkar inkişafının təmin edilməsi
  • Rəhbərliyə İT infrastrukturu və informasiya təhlükəsizliyi üzrə vəziyyət, kiber risklər, sistemlərin dayanıqlığı və texnoloji inkişaf istiqamətlərini əhatə edən strateji hesabatların, o cümlədən texnoloji yol xəritəsinin təqdim edilməsi.

Tələb olunan biliklər və bacarıqlar:

  • Ali təhsil (IT sahəsi üzrə)
  • Şəbəkə və sistem  sahəsində minimum 5 il iş təcrübə
  • Enterprise şəbəkələr, routing/switching, VPN, network segmentation üzrə dərin bilik
  • Firewall (Fortinet  / Cisco və s.), IDS/IPS, SIEM, EDR sistemləri ilə praktiki təcrübə
  • Windows/Linux server, virtualizasiya (VMware/Hyper-V) və Data Center infrastrukturu üzrə bilik
  • Penetration testing, vulnerability management və risk qiymətləndirmə üzrə anlayış
  • IT Governance, Risk Management və Information Security Framework-lər üzrə bilik
  • Komanda ilə işləmək, Liderlik, qərarvermə və böhran idarəetmə bacarığı
  • Analitik düşüncə və strateji planlaşdırma qabiliyyəti
  • Azərbaycan dili – sərbəst (mütləq)
  • İngilis dili – orta / yuxarı-orta (B1–B2)
  • Sertifikatlara üstünlük veriləcək

İş şəraiti:

  • İş günləri: Həftənin 5 günü (İstirahət günləri: şənbə, bazar)
  • İş vaxtı: 9:00-18:00 (Tam iş günü)
  • İş yeri: Bakı şəhəri
  • Peşəkar inkişaf üçün perspektiv
  • Əmək haqqı müsahibə əsasında müəyyən edilir

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini “[email protected]” elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.

  • Daily111
  • Weekly369
  • Monthly2259