Məsləhətçi – Hüquqşünas

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Məsləhətçi – Hüquqşünas

  • Истекает 24 октябрь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə və öhdəlikləri:

  • Cəmiyyətin  qanuni mənafelərinin dövlət orqanları və qeyri-hökumət təşkilatları qarşısında müdafiəsinin təmin olunması;
  • Müqavilə layihələrinin (alqı-satqı, podrat, xidmət, satınalma və s.) hazırlanması, hüquqi rəyin verilməsi, razılaşdırılması və ekspertizasının həyata keçirilməsi;
  • Cəmiyyət tərəfindən bağlanılan müqavilələrlə əlaqədar zəruri hüquqi prosedurların yerinə yetirilməsi, əlavə  və dəyişikliklərin hazırlanması üzrə təkliflərin verilməsi;
  • Cəmiyyətin adından imzalanan müqavilələrin hüquqi ekspertizası və onların icra müddətinə, şərtlərinə və qüvvədə olma statusuna nəzarət etmək;
  • Dövlət orqanlarından, hüquqi və fiziki şəxslərdən eləcədə işçilər tərəfindən daxil olan ərizə, şikayət və sorğulara baxılması, hüquqi araşdırmanın aparılması və cavab məktublarının hazırlanması;
  • Zərurət olduqda Cəmiyyətin dövlət orqanlarında, məhkəmələrdə, notariat, mediasiya və digər icra qurumlarında hüquqi təmsilçiliyinin həyata keçirilməsi.

Vəzifə tələbləri:

  • Təhsil; Hüquq üzrə ali təhsil
  • İş təcrübəsi: Korporativ hüquq sahəsində 5 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Konstitusiyasını, Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Əmək, Vergi, İnzibati Xətalar Məcəlləsini, Normativ hüquqi aktlar, İcra haqqında qanunu, Əmək Qanunvericiliyini və Beynəlxalq Qanunvericiliyi bilməli;
  • Hüquqi aspektlərlə bağlı problemləri müəyyən etmək və mümkün həll yollarını tapmaq bacarığı;
  • Analitik düşünmə və problemləri həll etmə bacarığı;
  • Hüquqi nitq və peşəkar yazışma qabiliyyəti;
  • Dil bilikləri: Azərbaycan, İngilis (rus dili-arzuolunandır);
    Kompüter bilikləri: MS Office proqramları ilə iş bacarığı;
  • E-taxes.gov.az, e-mehkeme.gov.az, e-qanun.az portalından istifadə etmək bacarığı;
  • Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi.

İş şəraiti:

  • İs yeri: Bakı şəhəri;
  • İş günləri: 5 gün;
  • İş vaxtı: 09.00-18.00;
  • Peşəkar,mehriban komandada iş;
  • Karyera yüksəlişi üçün perspektiv;
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə;
  • Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək;

Göstərilən tələblərə uyğun namizədlər öz CV və digər PDF sənədləri [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.

  • Daily12
  • Weekly621
  • Monthly2483