Vəzifə və öhdəlikləri:
- Cəmiyyətin qanuni mənafelərinin dövlət orqanları və qeyri-hökumət təşkilatları qarşısında müdafiəsinin təmin olunması;
- Müqavilə layihələrinin (alqı-satqı, podrat, xidmət, satınalma və s.) hazırlanması, hüquqi rəyin verilməsi, razılaşdırılması və ekspertizasının həyata keçirilməsi;
- Cəmiyyət tərəfindən bağlanılan müqavilələrlə əlaqədar zəruri hüquqi prosedurların yerinə yetirilməsi, əlavə və dəyişikliklərin hazırlanması üzrə təkliflərin verilməsi;
- Cəmiyyətin adından imzalanan müqavilələrin hüquqi ekspertizası və onların icra müddətinə, şərtlərinə və qüvvədə olma statusuna nəzarət etmək;
- Dövlət orqanlarından, hüquqi və fiziki şəxslərdən eləcədə işçilər tərəfindən daxil olan ərizə, şikayət və sorğulara baxılması, hüquqi araşdırmanın aparılması və cavab məktublarının hazırlanması;
- Zərurət olduqda Cəmiyyətin dövlət orqanlarında, məhkəmələrdə, notariat, mediasiya və digər icra qurumlarında hüquqi təmsilçiliyinin həyata keçirilməsi.
Vəzifə tələbləri:
- Təhsil; Hüquq üzrə ali təhsil
- İş təcrübəsi: Korporativ hüquq sahəsində 5 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Konstitusiyasını, Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Əmək, Vergi, İnzibati Xətalar Məcəlləsini, Normativ hüquqi aktlar, İcra haqqında qanunu, Əmək Qanunvericiliyini və Beynəlxalq Qanunvericiliyi bilməli;
- Hüquqi aspektlərlə bağlı problemləri müəyyən etmək və mümkün həll yollarını tapmaq bacarığı;
- Analitik düşünmə və problemləri həll etmə bacarığı;
- Hüquqi nitq və peşəkar yazışma qabiliyyəti;
- Dil bilikləri: Azərbaycan, İngilis (rus dili-arzuolunandır);
Kompüter bilikləri: MS Office proqramları ilə iş bacarığı; - E-taxes.gov.az, e-mehkeme.gov.az, e-qanun.az portalından istifadə etmək bacarığı;
- Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi.
İş şəraiti:
- İs yeri: Bakı şəhəri;
- İş günləri: 5 gün;
- İş vaxtı: 09.00-18.00;
- Peşəkar,mehriban komandada iş;
- Karyera yüksəlişi üçün perspektiv;
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə;
- Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək;
Göstərilən tələblərə uyğun namizədlər öz CV və digər PDF sənədləri [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.