Vəzifə öhdəlikləri:
- İşçilərin əməkhaqqı, ezamiyyə, məzuniyyət, əmək qabliyyətinin olmamaması vərəqələri və digər ödənişlərinin hesablanmasını təmin etmək;
- Əməkhaqqı üzrə bütün əməliyyatların düzgün və vaxtında icra edilməsini təmin etmək;
- Gəlir vergisi, DSMF, işsizlik və icbari tibbi sığorta haqlarının düzgün hesablanmasını və müvafiq qurumlara təqdim edilməsini həyata keçirmək;
- Ayın sonunda əməkhaqqı üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Elektron hökumət portalı və digər müvafiq sistemlərlə işləmək;
- Əməkhaqqı üzrə yoxlamalar zamanı tələb olunan sənədləri hazırlamaq və təqdim etmək;
- Əməkhaqqı üzrə yaranmış sualları və şikayətləri araşdırmaq, vaxtında cavablandırmaq;
- Qüvvədə olan Əmək Məcəlləsi və digər normativ sənədlər üzrə əməkhaqqı siyasətinin tətbiqini təmin etmək;
- Vahid illik və rüblük hesabatların hazırlanması;
- Əmək haqqı üzrə statistik hesabatların hazırlanması;
- Maliyyə və İnsan Resursları komandası ilə sıx əməkdaşlıqda işləmək.
Vəzifə tələbləri:
- Ali təhsil (maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində);
- Əməkhaqqı sahəsində minimum 3 il iş təcrübəsi;
- AR Əmək Məcəlləsi, Vergi Məcəlləsi, “Sosial sığorta haqqında” Qanun, habelə əmək münasibətlərini tənzimləyən digər müvafiq normativ-hüquqi aktlar üzrə biliklərə malik olmaq;
- MS Office proqramlarını (xüsusilə Excel) yaxşı səviyyədə bilmək;
- 1C mühasibat proqramı ilə yüksək səviyyədə işləmək bacarığı;
- Elektron hökumət portalları ilə işləmə bacarığı (e-gov, e-taxes, dsmf, tibbi sığorta və s.);
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dili bilikləri arzuolunandır);
- Dəqiqlik, məsuliyyət, etibarlılıq və etik davranış prinsiplərinə sadiqlik;
- Məlumatların məxfiliyinə və vaxtında təqdim olunmasına ciddi riayət etmək.
İş şəraiti:
- İş yeri: Gəncə şəhəri;
- İş günləri: 5 gün
- İş vaxtı: 09:00 – 18:00
- Rəsmi əmək müqaviləsi və tam sosial təminat
- Mehriban və peşəkar komanda ilə çalışma imkanı
- Karyera yüksəlişi və peşəkar inkişaf üçün şərait
- Əmək haqqı müsahibə əsasında müəyyən olunacaq
Göstərilən tələblərə uyğun namizədlər öz CV və digər PDF sənədləri “[email protected]” elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.