Vəzifə öhdəlikləri:
- Şirkətin ofis və inzibati binalarında informasiya texnologiyaları (İT) sistemlərinin qurulması və fasiləsiz fəaliyyətinin təmin edilməsi;
- Kompüter sistemlərinin, periferik avadanlıqların (printer, skaner və s.) quraşdırılması, sazlanması və texniki xidmətin göstərilməsi;
- Windows əməliyyat sistemləri və digər proqram təminatlarının quraşdırılması, yenilənməsi və nasazlıqların aradan qaldırılması;
- Server sistemləri, domen idarəetməsi (Active Directory), şəbəkə və təhlükəsizlik sistemlərinin monitorinqi, diaqnostikası və optimallaşdırılması;
- İstifadəçilərin gündəlik texniki çətinliklərinin operativ şəkildə həll olunması və texniki məsləhətlərin verilməsi;
- Cisco, Ubiquiti kimi şəbəkə avadanlıqlarının konfiqurasiyası və dəstəklənməsi;
- DVR/NVR video müşahidə sistemləri ilə işləmək, onların sazlığına nəzarət;
- Giriş çıxışa nəzarət sistemlərində yaranan problemlərin aradan qaldırılması və daim işlək vəziyyətdə saxlanılması;
- IP-telefon sistemlərinin idarə olunması və dəstəyi;
- Avadanlıq və sistemlərin texniki göstəricilərinin izlənilməsi, performansın artırılması üçün təkliflərin verilməsi;
- Yeni texnologiyaların tətbiqi və texniki yeniliklərin təşəbbüsü ilə çıxış etmək.
Vəzifə tələbləri:
- İnformasiya texnologiyaları, kompüter mühəndisliyi və ya aidiyyəti sahə üzrə ali təhsil;
- İT sahəsində minimum 1-2 il iş təcrübəsi;
- Windows 10/11, Windows Server (2016/2019/2022) və Active Directory ilə işləmə bacarığı;
- Şəbəkə və təhlükəsizlik protokolları haqqında məlumatlı olmaq;
- Şəbəkə avadanlıqları ilə (Cisco, Ubiquiti və.s) işləmə bacarığı;
- Video nəzarət sistemləri (DVR/NVR) və kameraların quraşdırılması üzrə təcrübə;
- IP-telfoniya haqqında məlumatlı olmaq;
- MS Office proqramları, diaqnostika və uzaqdan texniki dəstək proqramları ilə işləmə bacarığı;
- Azərbaycan dili əla, ingilis dili (texniki səviyyədə)
- Analitik düşüncə, problem həll etmə bacarığı;
- Komanda ilə işləmək, texniki məsələləri sadə dildə izah edə bilmək bacarığı;
İş şəraiti:
- İs yeri: Gəncə şəhəri;
- İş günləri: 5 gün;
- İş vaxtı: 09.00-18.00;
- Peşəkar,mehriban komandada iş;
- Karyera yüksəlişi üçün perspektiv;
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə;
- Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək;
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini “[email protected]” elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.