Vəzifə öhdəlikləri:
- Layihə rəhbərlərinə planlaşdırma və müddətlərə nəzarətdə dəstək göstərmək;
- Layihələrin təqvim-qrafiklərini (şəxsi və portfel səviyyəsində) hazırlamaq və yeniləmək;
- Planların icrasına, gecikmələrin və resurs çatışmazlığının vaxtında müəyyən edilməsinə nəzarət etmək;
- Analitik hesabatlar hazırlayaraq layihə rəhbərliyinə təqdim etmək;
- Layihələrin resurs tələblərinin planlaşdırılmasına dəstək göstərmək;
- MS Project və digər planlaşdırma alətləri ilə layihə qrafiklərinin idarə olunmasını təmin etmək;
- Layihə portfelində risklərin və mümkün gecikmələrin müəyyənləşdirilməsinə dəstək;
- Layihə icrası zamanı yaranan problemlərin vaxtında qeydiyyatı və rəhbərliyə məlumat verilməsi;
- Layihə sənədlərinin düzgün və vaxtında saxlanmasını təmin etmək;
- Komanda üzvləri ilə effektiv kommunikasiya və koordinasiyanı təmin etmək.
Vəzifə tələbləri:
- Ali təhsil (texniki, iqtisadi və ya mühəndislik sahəsində);
- Layihə planlaşdırılması və idarəolunması sahəsində minimum 1-2 illik iş təcrübəsi (layihə qrafiklərinin hazırlanması və monitorinq təcrübəsi arzuolunandır);
- MS Project proqramında sərbəst işləmə bacarığı;
- Layihə menecmenti və portfel idarəetmə prinsipləri barədə anlayış;
- MS Office proqramları ilə sərbəst işləmə bacarığı;
- Müxtəlif layihə komandaları ilə əməkdaşlıq və koordinasiya bacarığı;
- Stressə davamlılıq və gərgin iş rejimində işləmə bacarığı;
- Problemləri vaxtında müəyyən etmək və həll yolları təklif etmək bacarığı;
- İşçilərlə nəzakətli və peşəkar ünsiyyət;
Təklif edirik:
- İri nəqliyyat və infrastruktur layihələrində iştirak imkanı;
- Uzunmüddətli inkişaf strategiyasına malik böyük şirkətdə iş;
- Professional artım perspektivləri və rəqabətədavamlı əmək haqqı;
- Peşəkar inkişaf və korporativ standartların yaradılmasında iştirak;
- Professional artım üçün perspektiv və rəqabətədavamlı əmək haqqı;
İş rejimi:
- İş günləri: 5 günlük iş həftəsi (İstirahət:şənbə, bazar)
- İş vaxtı: 9:00-18:00
- İş yeri: Bakı şəhəri
- Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini “[email protected]” elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur