Vəzifə öhdəlikləri:
- Şirkətin daxili brendinqi və PR tədbirləri üçün çap və rəqəmsal reklam materiallarını brendbuka uyğun hazırlamaq;
- 3D maketlərin planlaşdırılması və hazırlanması (stendlər, interyer dizayn və s.);
- Daxili kommunikasiya layihələrinin dizayn prosesində iştirak etmək;
- Materialların çapa hazırlanmasını təmin etmək;
- Sosial media kanalları üçün qrafik postların hazırlanmasını təmin etmək.
Tələblər:
- Yaradıcılıq və innovasiya bacarığı;
- Komandada işləmək və layihələri idarə etmək bacarığı;
- Adobe (Adobe Photoshop, Illustrator, InDesign, Premiere və After Effects) CorelDRAW, 3D modelləşdirmə və vizualizasiya proqramları ilə sərbəst işləmə bacarığı
- Dizayn sahəsində minimum 2 il iş təcrübəsi.
İş şəraiti:
- 5 günlük iş həftəsi (09:00 – 18:00);
- Əmək haqqı: 1600-2000 AZN (NET) (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini “[email protected]” elektron ünvanına göndərə bilərlər. Diqqət! Portfolio təqdim olunmamış müraciətlərə baxılmayacaq. Mövzu hissəsində “Qrafik və 3D Dizayner” qeyd olunması vacibdir.