Sərnişin məlumatlandırma mütəxəssisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sərnişin məlumatlandırma mütəxəssisi

  • Deadline 10 Oktyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Sərnişinləri Məlumatlandırma mütəxəssisi “BakuBus” Express Bus Information Assistant

Əsas vəzifə və öhdəliklər:

  • Heydər Əliyev adına Beynəlxalq Hava Limanında BakuBus-a məxsus stenddə sərnişinləri ekspres avtobuslar haqqında məlumatlandırmaq;
  • Gediş haqqı, interval və digər suallara dəqiq və nəzakətli şəkildə cavab vermək;
  • Xarici qonaqlarla peşəkar ünsiyyət quraraq onları nəqliyyat xidmətlərindən istifadə etməyə yönləndirmək;
  • Gələn sərnişinlərin suallarını operativ cavablandırmaq;
  • “BakuBus" xidmətlərinin keyfiyyətini və etibarlılığını sərnişinlərə düzgün formada təqdim etmək;
  • İş zamanı şirkət tərəfindən təmin edilən formadan səliqəli şəkildə istifadə etmək və şirkəti layiqincə təmsil etmək;
  • Lazım gəldikdə sərnişinlərin hava limanında istiqamətlənməsinə kömək etmək;
  • Fəaliyyətinə uyğun olaraq həftəlik hesabatlar hazırlamaq;
  • Rəhbərliyin tapşırıqlarını icra etmək;

Vəzifədən gözləntilər:

  • Təhsil səviyyəsi; Ali və ya orta ixtisas
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, İngilis və Rus dillərində sərbəst ünsiyyət bacarığı (əlavə dil üstünlükdür);
  • Sərnişinlərlə yüksək səviyyədə nəzakətli və aydın ünsiyyət qura bilmə bacarıqları;
  • Müştəri xidməti, turizm, nəqliyyat və ya hava limanı sahəsində təcrübə üstünlükdür;
  • Stresə davamlı və operativ qərarvermə bacarığı;
  • Xarici qonaqlarla işləmək təcrübəsi olan namizədlərə üstünlük verilir;
  • Kompüterlə işləmə bacarıqları.
  • İş qrafiki: Növbəli qrafikə uyğun;
  • Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək;
  • Əmək qanunvericiliyinə uyğun olaraq sənədləşmə;

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini “[email protected]” elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.

  • Daily115
  • Weekly115
  • Monthly2006