SƏTƏMM Mühəndisi üzrə işçi (Gəncə şəhəri)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

SƏTƏMM Mühəndisi üzrə işçi (Gəncə şəhəri)

  • Deadline 4 Avqust 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • İş yerlərində əməyin mühafizəsi üzrə qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinə nəzarət etmək;
  • İşçilərə ilkin, giriş, cari və plandan kənar təlimatların vaxtlı-vaxtında keçirilməsini və müvafiq qeydiyyatların aparılmasını daim nəzarətdə saxlamaq;
  • Sahədə bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq;
  • SƏTƏMM təlimatlarında olan dəyişikliklərin hazırlanmasında iştirak etmək və vaxtında işçiləri məlumatlandırmaq;
  • İşçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılmasında iştirak etmək;
  • Təhlükəsizlik üzrə təlimat və fərdi mühafizə vasitələrindən istifadə qaydalarını göstərmək, yeni işə qəbul edilən işçiləri təhlükəsizlik qaydaları ilə tanış etmək;
  • Mütəmadi olaraq gördüyü işlərin hesabatını hazırlayaraq rəhbərliyə təqdim etmək;
  • Xəsarətlər və hadisələr zamanı onların baş vermə səbəblərinin araşdırılması, onların qeydiyyatı və aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi;
  • Yanğından mühafizə sistemlərinin daim saz vəziyyətdə olmasını yoxlamaq və bu istiqamətdə zəruri tədbirlər görmək;

Vəzifə tələbləri:

  • Ali təhsil (Əməyin təhlükəsizliyi, ekologiya, kimya və digər texniki ixtisaslar sahələri üzrə);
  • Əməyin mühafizəsi və ya SƏTƏM (Əməyin Təhlükəsizliyi, Ətraf Mühit və Mülki Müdafiə) sahəsində minimum 5 illik iş təcrübəsi;
  • SƏTƏM üzrə normativ-hüquqi sənədlər və beynəlxalq təhlükəsizlik standartları barədə biliklərə malik olmaq;
  • Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş müvafiq SƏTƏM sahəsi üzrə şəhadətnaməyə sahib olmaq;
  • Yanğın təhlükəsizliyi haqqında qanunvericiliyi və aidiyyəti normativ-hüquqi sənədlər üzrə biliklər;
  • Ekoloji hesabatların hazırlanması və ətraf mühitə təsirlərin qiymətləndirilməsi ilə bağlı təcrübə;
  • MS Office proqramları (Word, Excel, PowerPoint və s.) ilə sərbəst işləmə bacarığı;
  • Azərbaycan dilini sərbəst bilməli, ingilis və rus dilləri üzrə biliklərin olması arzuolunandır;
  • Yüksək məsuliyyət və iş intizamı, stressə davamlılıq və operativ qərarvermə bacarığı.

İş şəraiti:

  • İs yeri:  Gəncə şəhəri;
  • İş günləri: 5 gün ;
  • İş vaxtı:  09.00-18.00;
  • Peşəkar,mehriban komandada iş;
  • Karyera yüksəlişi üçün perspektiv;
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə;
  • Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək;

Göstərilən tələblərə uyğun namizədlər öz CV və digər PDF sənədləri [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.

  • Daily0
  • Weekly670
  • Monthly550