Sosial Media Marketinq Mütəxəssisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sosial Media Marketinq Mütəxəssisi

  • Deadline 23 Avqust 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • BakuBus-ın rəsmi sosial media hesablarının (Instagram, Facebook, TikTok, LinkedIn və s.) idarə olunması və gündəlik nəzarəti
  • Rəqəmsal platformalarda şirkətin brend tonunun qorunması
  • Aylıq kontent planlarının hazırlanması və ictimai nəqliyyatla bağlı aktual, maarifləndirici və məlumatlandırıcı paylaşımların dərc edilməsi
  • Sosial mediada şikayət, rəy və suallara operativ şəkildə cavab verilməsi və sərnişin məmnuniyyətinin təmin edilməsi
  • Aylıq fəaliyyət hesabatlarının hazırlanması və performans göstəricilərinin təhlili
  • Rəqib şirkətlərin və nəqliyyat sektorundakı yerli və beynəlxalq trendlərin izlənməsi, analizi və təkliflərin verilməsi
  • Qrafik dizaynerlə sıx və kordinasiyalı əməkdaşlıq
  • Reklam kampaniyalarının planlaşdırılması və idarə olunması
  • Kreativ vizuallar və məzmunlarının hazırlanmasına dəstək və video çəkiliş proseslərində iştirak

Tələblər:

  • Ali Təhsil
  • Müvafiq sahədə ən az 2 il iş təcrübəsi
  • Meta Business Suite, Ads Manager və digər rəqəmsal marketinq alətləri ilə işləmə bacarığı
  • Süni intellektlə işləmə bacarığı
  • Operativlik, dəqiqlik və yüksək icraçı bacarıq
  • Analitik düşünmə və araşdırma qabiliyyəti
  • Texnoloji yeniliklər barədə məlumatlı olmaq üstünlükdür
  • Komanda ilə işləmə bacarığı

İş şəraiti:

  • 5 günlük iş həftəsi (09:00 – 18:00);
  • Əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini “[email protected]” elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.

  • Daily0
  • Weekly0
  • Monthly2299