Supervayzer (avtobusların daxili təmizliyi üzrə) vəzifəsinə işçi tələb olunur (Gəncə şəhəri)
Vəzifə öhdəlikləri:
- Təmizləyici briqada tərəfindən avtobusların daxilinin dərindən və keyfiyyətli təmizlənməsinə nəzarət etmək;
- Təmizləmə zamanı uyğun kimyəvi vasitə, alət və avadanlıqlardan istifadə olunaraq avtobusların zədələnmədən təmizlənməsini təmin etmək;
- Təmizlik üçün istifadə olunan dərman, alət və avadanlıqların daşınması, istifadəsi və saxlanılmasının təlimatlara uyğun şəkildə həyata keçirilməsinə nəzarət etmək;
- Podratçı şirkətlər tərəfindən həyata keçirilən təmizlik işlərinin keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək;
- Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları vaxtında və düzgün icra etmək;
- Əmək və nizam-intizam qaydalarına, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl etmək;
Vəzifə tələbləri:
- Ali və ya orta ixtisas təhsili;
- Təmizlik, gigiyena nəzarəti və oxşar sahələrdə minimum 1 il iş təcrübəsi arzuolunandır;
- MS Office proqramlarında (xüsusilə Excel və Word) işləmə bacarığı – hesabatların tərtibi üçün.
- Gigiyena və təmizlik normaları, kimyəvi maddələrin təhlükəsiz istifadəsi və saxlanılması qaydaları haqqında biliklər;
- Təmizlik sahəsində texniki sənədlərin və təlimatların tərtib və tətbiqi üzrə biliklər;
- Nəzarət və monitorinq metodlarını bilmək;
- Diqqətcil və məsuliyyətli;
- Yüksək nəzarət və təşkilatçılıq bacarığı;
- Stresə davamlılıq və operativ qərarvermə bacarığı;
- Komandada işləmə və digər strukturlarla effektiv əlaqə yaratmaq bacarığı;
- İşdə dəqiqlik, təmizkarlıq və nizam-intizamı əsas prinsip kimi görmək.
İş şəraiti:
- İs yeri: Gəncə şəhəri;
- İş vaxtı: növbəli iş qrafikinə uyğun;
- Peşəkar,mehriban komandada iş;
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə;
- Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək;
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini “[email protected]” elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.