Yol-nəqliyyat hadisələri üzrə koordinator vəzifəsi üzrə işçi tələb olunur (Gəncə şəhəri)
Vəzifə öhdəlikləri:
- Müəssisənin istismarında olan avtobusların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrinin operativ və obyektiv araşdırılmasını təmin etmək;
- Gündəlik baş vermiş yol-nəqliyyat hadisələrinin ümumi təhlilini aparmaq və səbəblərini müəyyənləşdirmək;
- Hadisələrdə iştirak edən sürücülərin məsuliyyət dərəcəsini qiymətləndirmək və müvafiq qərarların qəbul olunmasında iştirak etmək;
- Baş verən yol-nəqliyyat hadisələrinin araşdırılması məqsədi ilə sürücülərdən müvafiq izahatlar almaq və hadisə ilə bağlı əsaslandırılmış rəy hazırlamaq;
- Zəruri hallarda yol-nəqliyyat hadisələrinin araşdırılması istiqamətində hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etmək;
- Yol-nəqliyyat hadisələri üzrə ümumiləşdirilmiş aylıq və illik hesabatlar hazırlayaraq rəhbərliyə təqdim etmə;
Namizədə tələblər:
- Ali təhsil (Hüquq, Yol hərəkətinin təşkili və s.) ;
- Müvafiq sahə üzrə 3 il staj;
- Yol hərəkəti qaydaları və nəqliyyat vasitələrinin istismarı üzrə biliklərə sahib olmaq;
- MS Office proqramları ilə sərbəst işləmək bacarığı;
- Azərbaycan dilini sərbəst (rus dili biliyi arzuolunandır) ;
- Stressə davamlı, gərgin iş rejimində işləməyi bacarmalı;
- Dəqiqlik, dürüstlük, analiz və təhlilemtə bacarığı;
- İşçilərlə nəzakətli ünsiyyət;
- İş rejiminə və prosedurlarına riayət;
- Təşəbbüskarlıq və komandada işləmə bacarığı;
İş şəraiti:
- İs yeri: Gəncə şəhəri;
- İş vaxtı: 09.00-18.00;
- Peşəkar,mehriban komandada iş;
- Karyera yüksəlişi üçün perspektiv;
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə;
- Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək;
Göstərilən tələblərə uyğun namizədlər öz CV və digər PDF sənədləri “[email protected]” elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.