Yol vərəqəsi operatoru (Gəncə şəhəri)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Yol vərəqəsi operatoru (Gəncə şəhəri)

  • Deadline 29 İyun 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Sürücüləri iş cədvəlinə uyğun olaraq, nəqliyyat vasitəsi və sürücü ilə bağlı zəruri məlumatları əhatə edən yol vərəqələri ilə təmin etmək.
  • Gün sonunda xidməti başa vuran sürücülərin yol vərəqələrini qəbul edərək, qayıdış vaxtını, avtobusun gündəlik yürüş məsafəsini və digər müvafiq məlumatları qeyd etmək.
  • Hərəkət qrafiklərinə dair məlumatları aidiyyəti şəxslərlə koordinasiya etmək;
  • İş və növbə zamanı baş vermiş hadisələr haqqında zəruri məlumatları toplamaq və bu barədə tabe olduğu şəxslərə bildirmək;
  • Tabe olduğu rəhbər şəxslər tərəfindən verilən tapşırıqları vaxtında icra etmək.
  • İş rejimi və təhlükəsizlik qaydalarına riayət etmək.

Namizədə tələblər:

  • Ali təhsil (Avtomobil nəqliyyatının istismarı) ;
  • Müvafiq sahə üzrə 2 il staj;
  • 1C proqramında yüksək səviyyədə, Microsoft Office (Word, Excel, Outlook) proqramlarında isə sərbəst işləmək bacarığı.
  • Azərbaycan dilini sərbəst bilmək (ingilis və rus dillərini bilmək arzuolunandır);
  • Stresə davamlı olmaq və ağır, gərgin iş rejimində işləmək bacarığı;
  • Tək və komanda ilə işləmək bacarığı;
  • Dəqiqlik və detallara yüksək diqqət yetirmək;
  • İşgüzar və məsuliyyətli olmaq.

İş şəraiti:

  • İs yeri: Gəncə şəhəri;
  • İş rejimi  Növbəli;
  • Peşəkar,mehriban komandada iş;
  • Karyera yüksəlişi üçün perspektiv;
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə;
  • Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək;

Göstərilən tələblərə uyğun namizədlər öz CV və digər PDF sənədləri “[email protected]” elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.

  • Daily47
  • Weekly47
  • Monthly51