Baku Business Consulting Baku Business Consulting
  • 247

Kiçik mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kiçik mühasib

  • Deadline 2 Dekabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“Baku Business Consulting” MMC-yə Kiçik mühasib tələb olunur.

Vəzifə öhdəliyi:

  • İlkin mühasibat sənədlərinin (hesab-fakturalar, elektron qaimə-fakturalar, təhvil-təslim aktları, ödəniş sənədləri və digər müvafiq sənədlər) hazırlanması, qəbulu, yoxlanılması və sistemləşdirilməsi;
  • Gündəlik bank əməliyyatlarının, o cümlədən yerli və xarici ödənişlərin, vergi, sosial sığorta və digər büdcə ödənişlərinin həyata keçirilməsi;
  • Maliyyə və mühasibat əməliyyatlarının 1C (8.3) mühasibat proqramında işlənilməsi;
  • Əməkhaqqı, ezamiyyə və məzuniyyət ödənişlərinin hesablanması və müvafiq ödənişlərin icra edilməsi;
  • Statistik hesabatların, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər üzrə vahid bəyannamənin və digər vergi hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə ilkin bilik və bacarıqlara malik olmaq;
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsi və müvafiq normativ-hüquqi aktlar barədə biliklərə malik olmaq;
  • Debitor və kreditor borclarının uçotunun aparılması, qarşılıqlı hesablaşmaların yoxlanılması və üzləşmə aktlarının hazırlanmasında iştirak etmək;
  • Mühasibat sənədlərinin düzgün qeydiyyatını, sistemləşdirilməsini, saxlanılmasını və arxivləşdirilməsini təmin etmək
  • Birbaşa rəhbər tərəfindən əmək funksiyalarına uyğun olaraq verilən digər qanuni tapşırıqları yerinə yetirmək.

Ümumi tələblər:

  • İqtisadiyyat, maliyyə və mühasibat uçotu sahəsində ali təhsil;
  • Yaş: 20-25;
  • Dürüstlük, dəqiqlik və məsuliyyətli olmaq, inkişafa və yeniliyə açıq olmaq;
  • Komanda ilə işləmə bacarığı.

Əmək haqqı: 700 Azn

Qeyd: Mühasibatlıq üzrə yerli və beynəlxalq sertifikatların (PMS, ACCA və s) və xarici dil biliyinin (ingilis dili, rus dili) olması üstünlükdür.

Yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu bölməsində “Kiçik mühasib” yazmaqla göndərmələri xahiş olunur.

Yuxarıda qeyd olunan tələblərə cavab verməyən və qeyd olunan şəkildə göndərilməyən müraciətlərə baxılmayacaqdır.

  • Daily43
  • Weekly166
  • Monthly167