İş yeri: Layihə əsaslı
Tələblər:
- İnşaat mühəndisliyi, memarlıq və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi.
- Texniki ofis sahəsində minimum 8–12 il iş təcrübəsi.
- Ən azı 3–5 il rəhbər vəzifədə təcrübə.
- Yaşayış və kommersiya/ticarət mərkəzi layihələrində iş təcrübəsi.
- Tikinti çertyojları və layihə sənədləşdirilməsi üzrə güclü biliklər.
- AutoCAD, Revit və digər layihələndirmə proqramlarında işləmə bacarığı.
- Primavera, MS Project və digər layihə idarəetmə proqramları ilə tanışlıq.
- Beynəlxalq standartlar (BS, ACI, ASTM, ISO) və yerli normativ tələblər üzrə biliklər.
- Güclü liderlik və təşkilati bacarıqlar.
- Eyni vaxtda bir neçə layihəni idarə etmək bacarığı.
- Müştərilər, məsləhətçilər və subpodratçılar ilə effektiv ünsiyyət və danışıqlar aparmaq bacarığı.
Əsas vəzifə öhdəlikləri:
- Texniki ofis komandasına (mühəndislər, çertyojçular, sənəd nəzarətçiləri) rəhbərlik etmək və onların fəaliyyətini koordinasiya etmək.
- Shop drawing (icra/işçi cizgiləri), as-built drawing (faktiki vəziyyət cizgiləri) və material təqdimatlarını layihə spesifikasiyalarına və standartlara uyğun olaraq yoxlamaq və təsdiqləmək.
- Tikinti çertyojlarının hazırlanmasına, dizayn dəyişikliklərinə və RFI sorğularının hazırlanmasına nəzarət etmək.
- Məsləhətçilər, memarlar, konstruksiya və MEP mühəndisləri ilə texniki koordinasiya aparmaq.
- Shop drawing (icra/işçi cizgiləri) və materialların vaxtında təsdiqlənməsini təmin etmək.
- İşçi çertyojların hazırlanma qrafikini tərtib etmək və layihə proqramı ilə uyğunluğunu təmin etmək.
- Layihə sənədlərini (spesifikasiyalar, BOQ, çertyojlar) analiz edərək uyğunsuzluqları və dəyişiklikləri müəyyən etmək.
- Sahə mühəndislərinə və tikinti komandalarına texniki dəstək göstərmək.
- Satınalma şöbəsi ilə koordinasiya edərək təsdiqlənmiş materialların vaxtında təmin edilməsini təmin etmək.
- Texniki və QS komandaları tərəfindən hazırlanan miqdar hesablamaları və ödəniş sənədlərini yoxlamaq.
- Texniki sənədlərin düzgün arxivləşdirilməsini və idarə olunmasını təmin etmək.
- Layihənin təhvil verilməsi üçün lazımi sənədlərin hazırlanmasına rəhbərlik etmək (as-built çertyojlar, O&M təlimatları və zəmanət sənədləri).
- Dizayn dəyişiklikləri və tikinti prosesində yaranan texniki problemlər üçün mühəndislik həlləri təqdim etmək.
Əsas kompetensiyalar:
- Komanda idarəetməsi və koordinasiya
- Analitik düşüncə və problem həll etmə bacarığı
- Çoxsahəli texniki biliklər (inşaat, memarlıq, MEP)
- Texniki çertyoj və layihə idarəetməsi
- Vaxt və xərclərin optimallaşdırılması
Namizədlərdən CV-lərini Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərmələrini xahiş edirik.