Namizədə dair əsas tələblər:
- Təhlükəsizlik sahəsində ən azı 1 il iş təcrübəsinin olmalıdır;
- Peşəkar ünsiyyət etikası və komanda ruhunda işləmək bacarığı;
- İlkin tibbi yardım və yanğınsöndürmə üzrə bilik və bacarıqlara malik olmaq;
- Xarici dil biliyi arzu olunandır;
- Yüksək məsuliyyət və etibarlı olmalıdır;
- Hərbi mükəlləfiyyəti yerinə yetirmiş olmalıdır;
- Yaş 24-38, boy 175 sm üzəri.
Əsas öhdəlikləri:
- Bakı Konqres Mərkəzinin təhlükəsizliyini təmin etmək;
- Mərkəz daxilində patrul xidməti həyata keçirmək;
- Video-müşahidə sistemləri və digər texniki təhlükəsizlik vasitələrinə nəzarət etmək;
- Şübhəli hallar, qayda pozuntuları və təhlükə yaradan vəziyyətlərin qarşısını almaq və rəhbərliyə məlumat vermək;
- Yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək və hadisə baş verdikdə ilkin tədbirlər görmək;
- Hər hansı bir hadisə baş verdikdə rəhbərliyi məlumatlandırmaq və aidiyyəti qurumlarla əlaqə saxlamaq;
- Fövqəladə hallar zamanı təhlükəsizlik qaydalarına və təxliyə planına uyğun hərəkət etmək;
- İlkin tibbi yardımın göstərilməsi üzrə minimal biliklərə malik olmaq və fövqəladə hallarda zərərçəkmiş şəxslərə ilkin tibbi yardım göstərmək, zəruri hallarda təcili tibbi yardım xidmətinə məlumat vermək;
- Rəsmi, kütləvi və dövlət tədbirləri zamanı gücləndirilmiş təhlükəsizlik rejiminə riayət etmək;
- Mərkəz daxili tədbirlər zamanı ictimai asayişə nəzarət etmək;
- Tədbirdən əvvəl və sonra ərazinin təhlükəsizlik baxımından yoxlanılması;
- Tədbirlər zamanı insidentlərin qarşısını almaq;
- Keçirilən tədbirlər zamanı malların, avadanlıqların və digər maddi dəyərlərin daşınmasına nəzarət etmək, onların təhlükəsiz və qaydalara uyğun şəkildə daşınmasını təmin etmək, icazəsiz və malların nəzarətsiz daşınma hallarının qarşısını almaq;
- Azərbaycan Respublikasının qanunvericiliyinə, etik davranış və daxili qaydalara riayət etmək;
- Rəhbərliyin təhlükəsizlik istiqamətində verdiyi tapşırıqların icra edilməsi.
Müraciət etmək üçün CV-lərinizi Müraciət Et düyməsində göstərilən e-mail ünvanına “Təhlükəsizlik işçisi” qeyd edərək göndərə bilərsiniz.