Təhlükəsizlik işçisi

  • Истекает 10 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Namizədə dair əsas tələblər:

  • Təhlükəsizlik sahəsində ən azı 1 il iş təcrübəsinin olmalıdır;
  • Peşəkar ünsiyyət etikası və komanda ruhunda işləmək bacarığı;
  • İlkin tibbi yardım və yanğınsöndürmə üzrə bilik və bacarıqlara malik olmaq;
  • Xarici dil biliyi arzu olunandır;
  • Yüksək məsuliyyət və etibarlı olmalıdır;
  • Hərbi mükəlləfiyyəti yerinə yetirmiş olmalıdır;
  • Yaş 24-38, boy 175 sm üzəri.

Əsas öhdəlikləri:

  • Bakı Konqres Mərkəzinin təhlükəsizliyini təmin etmək;
  • Mərkəz daxilində patrul xidməti həyata keçirmək;
  • Video-müşahidə sistemləri və digər texniki təhlükəsizlik vasitələrinə nəzarət etmək;
  • Şübhəli hallar, qayda pozuntuları və təhlükə yaradan vəziyyətlərin qarşısını almaq və rəhbərliyə məlumat vermək;
  • Yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək və hadisə baş verdikdə ilkin tədbirlər görmək;
  • Hər hansı bir hadisə baş verdikdə rəhbərliyi məlumatlandırmaq və aidiyyəti qurumlarla əlaqə saxlamaq;  
  • Fövqəladə hallar zamanı təhlükəsizlik qaydalarına və təxliyə planına uyğun hərəkət etmək;
  • İlkin tibbi yardımın göstərilməsi üzrə minimal biliklərə malik olmaq və fövqəladə hallarda zərərçəkmiş şəxslərə ilkin tibbi yardım göstərmək, zəruri hallarda təcili tibbi yardım xidmətinə məlumat vermək; 
  • Rəsmi, kütləvi və dövlət tədbirləri zamanı gücləndirilmiş təhlükəsizlik rejiminə riayət  etmək;
  • Mərkəz daxili tədbirlər zamanı ictimai asayişə nəzarət etmək;
  • Tədbirdən əvvəl və sonra ərazinin təhlükəsizlik baxımından yoxlanılması;
  • Tədbirlər zamanı insidentlərin qarşısını almaq;
  • Keçirilən tədbirlər zamanı malların, avadanlıqların və digər maddi dəyərlərin daşınmasına nəzarət etmək, onların təhlükəsiz və qaydalara uyğun şəkildə daşınmasını təmin etmək, icazəsiz və malların nəzarətsiz  daşınma hallarının qarşısını almaq;
  • Azərbaycan Respublikasının qanunvericiliyinə, etik davranış və daxili qaydalara riayət etmək;
  • Rəhbərliyin təhlükəsizlik istiqamətində verdiyi tapşırıqların icra edilməsi.

Müraciət etmək üçün CV-lərinizi Müraciət Et düyməsində göstərilən e-mail ünvanına “Təhlükəsizlik işçisi” qeyd edərək göndərə bilərsiniz.

  • Daily74
  • Weekly327
  • Monthly1014