Əmək haqqı: 1000-1200 azn
Vəzifə Öhdəlikləri:
- Aylıq eventləri planlamaq, təşkil etmək və bütün icrasına tam nəzarət etmək
- Eventlərdə foto/video çəkilişlərinə dəstək göstərmək və nəticələrin vaxtında çıxmasını təmin etmək
- Daxili və xarici marketinq kommunikasiyalarını idarə etmək (elanlar, duyurular, email-lər, partnyor yazışmaları və s.)
- Brend imicinə uyğun olaraq post-event materialların (postlar, email-lər, recap videolar) hazırlanmasını təmin etmək
Tələblər:
- Event təşkilində praktiki təcrübə
- Sadə səviyyədə foto/video çəkmək və materialları seçib yönləndirmək bacarığı
- Marketinq kommunikasiyaları və yazışma etikası haqqında anlayış
- Zaman idarəetməsi, detallara diqqət və məsuliyyətlilik
- Kreativ düşüncə və komanda ilə işləmə mədəniyyəti
Təklif edirik:
- Aktiv və dinamik iş mühiti
- Yaradıcı komanda ilə yaxın çalışma imkanı
- Event və kampaniyaların icrasında tam məsuliyyət və sərbəstlik
- Karyera inkişafı üçün geniş imkanlar
2026-cı ildə özü ilə bağlı inkişaf-hədəflər planlayan, uğurlar planı listi uzun olan, maraqlı və dinamik və güclü komanda dəstəyi ilə yerli və xarici mühitdə işlərdə adını hallandırmaq istəyən, vizyonu-strategiyası olan şirkətlə bunları etmək istəyən hərkəs bizim drive’a qoşulmağa tələssin!
Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən mail ünvanına mövzu hissəsinə “Marketing / Event Specialist” qeyd edərək göndərə bilərlər.