Reklam kampaniyaları, Sosial media və qısa formatlı video kontent hazırlanması
Vəzifə öhdəlikləri
- Telefonla peşəkar foto və video çəkilişi (kompozisiya, işıq, kadr quruluşu)
- Reklam kampaniyaları üçün vizual kontentin (foto/video) çəkilişi
- Sosial media üçün story, reels və digər qısa formatlı videoların hazırlanması
- Çəkilmiş materialların montajı, rəng korreksiyası, musiqi və effektlərin əlavə edilməsi
- Trend formatların izlənməsi və kontentin platformalara uyğun optimizasiyası
Axtardığımız bacarıqlar
- Mobil foto və video çəkiliş üzrə praktiki təcrübə
- Sosial media (Instagram, TikTok, YouTube Shorts) trendlərinə bələdlik
- Video montaj və rəng korreksiyası üzrə bacarıq (CapCut, fərqli AI alətləri kimi proqramlarda)
- Kreativ yanaşma və vizual zövq
Təklif olunan şərtlər
- Peşəkar inkişaf və yeni bacarıqlar qazanmaq üçün əla imkanlar təqdim edən mühit
- Yaradıcılıq və təşəbbüs üçün açıq iş mühiti
- Müasir texniki avadanlıq və resurslar
- Layihə əsaslı maraqlı çəkilişlərdə iştirak
- Əmək haqqı təcrübə və bacarıqlara uyğun: 1000-1500 azn
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Email başlığı: Mobil & Reels üzrə Content Creator - Ad Soyadınız