Baş kopirayter

  • Истекает 14 сентябрь 2026

Vəzifə öhdəlikləri

  • Yeni brendlərin yaradılması (brendinq) və ya mövcud brendlərin yenidən markalaşması (rebrendinq) proseslərində aktiv iştirak etmək;
  • Neyminq, marka dilini (ton of voice) və əsas mesajlarının formalaşdırılmasını təmin etmək;
  • 360 dərəcəli bütün kommunikasiya kanallarında kommunikasiyanın aparılmasında kreativ həllər irəli sürmək;
  • Televiziya reklam çarxları, radio spot ssenariləri, çap materialları, bilbordlar və SMS mətnləri daxil olmaqla effektiv mətnlər hazırlamaq;
  • Güclü və cəlbedici reklam sloqanları, yaradıcı konsept və storitellinqlər yazmaq;
  • Yazılı məzmunun hüquqi, etik, qrammatik və orfoqrafik standartlara tam uyğunluğunu yoxlama və redaktə etmək;
  • Kopirayter komandası, eləcə də digər məzmun mütəxəssislərinə dəstək olmaq, tapşırıqları bölüşdürmək və işin keyfiyyətinə nəzarəti təmin etmək;
  • Departament arasındakı digər əməkdaşlarla sıx əməkdaşlıq etmək;
  • Dizayn, SMM komandalarına, influenser və reklam agentliklərinə düzgün briflər ötürmək;
  • Təyin olunmuş tarixlərdə (deadline) tapşırıqları düzgün təhvil vermək. 

Vəzifə tələbləri 

  • Kopiraytinq sahəsində minimum 3-4 il təcrübə;
  • Reklam agentliyi təcrübəsi mütləqdir;
  • Müxtəlif auditoriyalara uyğun üslubda yazmaq bacarığı;
  • Qrammatik biliklər;
  • Kreativlik, analitik düşüncə, diqqətcil olmaq;
  • Operativ və düzgün qərar vermə;
  • Vaxtın və tapşırıqların effektiv idarə edilməsi bacarığı

Dil biliyi:

  • Azərbaycan - Mükəmməl
  • İngilis - Yüksək

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily5
  • Weekly579
  • Monthly1177