Daxili audit üzrə mütəxəssis

  • Deadline 25 Avqust 2025

Sizi peşəkar komandamızın bir üzvü olmağa dəvət edirik!

Tələblər:

  • Ali təhsil (Maliyyə, audit, mühasibat uçotu və ya əlaqəli sahə üzrə arzu olunandır);
  • Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
  • Mühasibat uçotu və maliyyə hesabatları üzrə biliklər;
  • Azərbaycan və rus dili üzrə sərbəst, ingilis dili üzrə orta səviyyədə dil bilikləri;
  • Analitik təhlil və problem həll etmə bacarığı;
  • Kiçik detallara diqqət etmə bacarığı və təşəbbüskarlıq;
  • ACCA, CIA və s. beynəlxalq sertifikatların olması üstünlükdür.

Vəzifə öhdəlikləri:

  • Debitor və kreditor borc hesablarının aylıq olaraq yoxlanılması (üzləşmə aktları, gecikən borclar və s);
  • Bank və kassa qalıqlarının aylıq yoxlanılması və uyğunsuzluqların aşkar edilməsi;
  • Xərclər və əlaqəli mühasibat uçotu hesablarının yoxlanılması və hesabatlılığın təmin edilməsi;
  • Mal-material dəyərlilərinin aylıq hərəkətinin təhlili (o cümlədən plansız alış, hərəkətsiz mallar və plansız bölgü);
  • Aşkar edilmiş nöqsanlar üzrə risklərin ölçülməsi, dəyərləndirilməsi və onların azaldılması məqsədilə təkliflərin verilməsi;
  • Daxili audit üzrə illik plana əsasən digər yoxlama prosedurlarının həyata keçirilməsi.   

Qeyd olunan Müraciət Et düyməsində link-ə keçid edərək qeydiyyatdan keçməklə müraciətinizi müvafiq vakansiya üzrə ünvanlaya bilərsiniz.

  • Daily13
  • Weekly576
  • Monthly2289