Daxili nəzarət və təftiş üzrə mütəxəssis

  • Deadline 7 İyul 2024

Xüsusi tələblər:

  • Ali təhsil 
  • Daxili Nəzarət, təftiş, risklərin idarə edilməsi və ya digər əlaqəli istiqamət üzrə ən azı 1-3 il iş təcrübəsi;
  • Microsoft Office proqramlarında işləmək bacarığı;
  • 1C ERP ilə işləmək təcrübəsi;
  • Analitik düşünmə və yüksək riyazi analiz qabiliyyəti

Vəzifə öhdəlikləri:

  • Mağazalarda və mərkəzi anbarda mövcud olan mal qalığı və xəzinələrdə mövcud olan qiymətlilərin (pul vəsaiti, hədiyyə kartları və s.) sayımının həyata keçirilməsi və ERP sistemindən hesabat alaraq nəticələrin müqayisə edilməsi;
  • Mağaza və Mərkəzi anbarda mövcud olan malların satışa yararlılıq vəziyyətinin müəyyən edilməsi məqsədi ilə texniki baxışın həyata keçirilməsi;
  • Mağazaların fəaliyyətinin qiymətləndirilməsi məqsədi ilə xüsusi meyarlara əsasən mağazada müşahidə aparılması, işçi heyətinə sorğular ünvanlayaraq nəticənin dəyərləndirilməsi;
  • Audit nəticəsinə uyğun olaraq təqdim edilmiş sorğuların nəticəsinin qiymətləndirilməsinə dair monitorinqlərin həyat keçirilməsi;
  • Audit işinin nəticəsi üzrə məlumatların toplanılması və ilkin hesabatın hazırlanması;

Qeyd olunan linkə keçid edərək qeydiyyatdan keçməklə müraciətinizi müvafiq vakansiya üzrə ünvanlaya bilərsiniz.

  • Günlük0
  • Həftəlik289
  • Aylıq2019