Kiçik kredit işçisi

  • Deadline 6 İyul 2024

Tələblər:

  • Yaş həddi: 21-30 yaş
  • İqtisadiyyat yönümlü ali təhsil
  • İş təcrübəsi arzu olunandı
  • Azərbaycan dili yaxşı səviyyədə, Rus dili biliyi arzu olunandır
  • MS Office proqram (xüsusilə Word və Excel) bilikləri
  • Analitik düşünmə, təşəbbüskarlık qabiliyyəti və dəqiqlik 
  • Komandada işləmə, yüksək ünsiyyət və təqdim etmə qabiliyyəti olmalıdır.

Vəzifə öhdəlikləri:

  • Müştərilərin nisyə alış üçün müraciətlərini qəbul və analiz etmək;
  • Müştərilərə məhsulların nisyə alış şərtləri, ödəniş vaxtları və imkanları ilə bağlı ətraflı məlumat vermək;
  • Daxil olan müraciətlərin vaxtında icra olunmasını və müvafiq sənədlərin tərtibatını təmin etmək;
  • Nisyə məhsul satışı üçün tələb olunan sənədlərin və məlumatların qanunvericiliyə və daxili qaydalara uyğunluğunu yoxlamaq;
  • Nisyə satış müqaviləsini hazırlamaq üçün müştəri barəsində məlumat və sənədləri əldə etmək;
  • Müştəriyə nisyə məhsul satış zamanı aylıq ödəniş məbləğini hesablamaq və müqavilənin bağlanmasını təmin etmək;
  • Müştəri və müqavilə məlumatlarını əməliyyat proqramına daxil etmək;

İş şəraiti:

  • İş yeri: Baku Electronics mağazaları
  • İş qrafiki: 6 gün, növbəli qrafik;
  • Əmək haqqı: Müsahibə əsasında təyin edilir

Qeyd olunan linkə keçid edərək qeydiyyatdan keçməklə müraciətinizi müvafiq vakansiya üzrə ünvanlaya bilərsiniz.

  • Günlük0
  • Həftəlik289
  • Aylıq2019