Korporativ satış üzrə aparıcı mütəxəssis

  • Deadline 22 Fevral 2025

Vəzifə öhdəlikləri:

  • Korporativ satışla bağlı bazarın təhlil edilməsi, rəqiblərin analizi və potensial müştərilərin müəyyənləşdirilməsi;
  • Böyük həcmli layihələrin və tender imkanlarının araşdırılması, onları qazanmaq üçün strategiyaların hazırlanması;
  • Öz müştəri bazasının qurulması və daim yenilənməsi;
  • Mövcud müştəri bazasının genişləndirilməsi və uzunmüddətli əlaqələrin qurulması;
  • Müştərilərlə ilkin əlaqələrin qurulması (telefon zəngləri, e-poçt yazışmaları), görüşlərin və təqdimatların planlanması, təkliflərin hazırlanması və müştərilərə təqdim edilməsi;
  • Müştəri ziyarətlərinin təşkili, təkliflərin müzakirəsi və nəticələrin izlənilməsi;
  • Müştəri ziyarətlərindən və araşdırmalardan əldə olunan məlumatlar əsasında satış strategiyasının icrası;
  • Müştəri sifarişlərinin qəbul edilməsi, onların icra olunmasına nəzarət;
  • Tender proseslərinin izlənilməsi, təkliflərin hazırlanması və təqdim edilməsi;
  • Tenderlərin nəticələrinin izlənilməsi və layihələrin həyata keçirilməsi.

Tələblər:

  • İqtisadiyyat, marketinq, biznesin idarə edilməsi və ya əlaqəli sahədə bakalvr təhsili;
  • Korporativ satış sahəsində ən azı 3-5 il iş təcrübəsi, müştəri bazası olması;
  • Rus dili (arzu olunandır);
  • CRM və ERP sistemlərində iş təcrübəsi (Uyumsoft və ya digər proqramlar);
  • Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı;
  • Güclü ünsiyyət və danışıqlar aparma bacarığı;
  • Analitik düşüncə və problem həll etmə bacarığı;
  • Hədəf yönümlü işləmək və komanda daxilində effektiv əməkdaşlıq etmək bacarığı.

İş şəraiti:

  • İş yeri: Baş ofis
  • İş qrafiki: 5 günlük, 09:00-18:00
  • Əmək haqqı: müsahibə əsasında

Qeyd olunan linkə keçid edərək qeydiyyatdan keçməklə müraciətinizi müvafiq vakansiya üzrə ünvanlaya bilərsiniz.

  • Daily60
  • Weekly283
  • Monthly311